Moskva Liliputlar Sirki Bakıda ilk dəfə bu həftəsonu çıxış edib. Bu, bütün dünyada misilsiz teatrdır desək, yanılmarıq. Belə ki, truppanın hər bir üzvü planetin ən kiçik insanı kimi Ginessin Rekordlar Kitabına salınıb.
Öz izləyicilərini sevərək “Qulliver” adlandıran truppa, auditoriyanı da şouya cəlb etməyi bacarıb. Tamaşa olduqca interaktiv və şən ab-havada keçib.
Ən əsası isə odur ki, bu sirkdə bircə dənə də olsun heyvan yoxdur.