CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bizə yük daşımaqda kömək edən "Antarktida sakinləri" tarixə qovuşurlar

© © Drew Angerer/Getty Images/AFPМужчины с полиэтиленовыми пакетами в руках, фото из архива
Мужчины с полиэтиленовыми пакетами в руках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik rəsmisi: "Türkiyədə polietilen torbaların pullu olması artıq effekt verib, ondan istifadə halları əhəmiyyətli dərəcədə azalıb".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 noyabr — Sputnik. Azərbaycanda yüngül çəkili polietilen torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında bildirib.

Supermarket, arxiv şəkli - Sputnik Azərbaycan
Piştaxtalarda bütün qaydalara əməl olunması üçün ticarətdə inqilab olmalıdır

Ölkəmizdə xeyli vaxtdır ki, polietilen torbaların pullu olacağı barədə məlumat yayılsa da, hələki bu məsələ reallaşmayıb. Nazirin sözlərinə görə, qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi razılaşdırma mərhələsindədir. Plastik torbalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və alternativ materiallardan istifadənin genişləndirilməsi üçün tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, NK-a təqdim edilən təkliflərdə qalınlığı 15-50 mikrondan aşağı olan polietilen torbaların satışının qadağan edilməsi nəzərdə tutulub. Söhbət camaat arasında "pinqvin"adlanan sellofan torbalardan gedir: "Ətraf mühitin çirklənməsində əhalinin "pinqvin" adlandırdığı polietilen torbaların payı çoxdur. Bu polietilen torbaların mikronu çox aşağıdır. Artıq mikronu aşağı olan polietilen sellofanların istifadəsinin qadağan olunması təklifi verilib. Qalınlığı 15-50 mikron və ondan yuxarı olan polietilen torbaların isə satışının pullu olması təklif edilir. Hələ ki, bu barədə digər dövlət qurumlarının rəyi tam alınmadığından, sözügedən torbaların ödənişli olub-olmayacağı dəqiq deyil".

Digər plastik qablaşdırma məhsullarının pullu olub-olmayacağı, eləcə də istifadəsinin məhdudlaşdırılmasına gəlincə, nazirliyin əməkdaşı bildirib ki, bu məsələlər hələlik müzakirə mövzusu deyil.

Натик Джафарли - Sputnik Azərbaycan
ABŞ və Çin arasındakı ticarət müharibəsi nə vaxt bitəcək – ekspert şərhi

"Avropa ölkələri 2020-2021-ci illərdə bu problemin aradan qaldırılmasını qarşılarına məqsəd qoyublar. Gələcəkdə kafe və restoranlarda plastik stəkan, çəngəl və qaşıqdan istifadənin qadağan edilməsi gözlənilir. Buna dərhal nail olmaq mümkün deyil. Digər alternativ materiallar hazırlanmalıdır ki, plastik qablaşdırılmadan imtina edilsin", - deyə şöbə müdiri bildirib.

Onun sözlərinə görə, hazırda əsas diqqət plastik qablaşdırmalardan imtina ilə bağlı əhalinin maarifləndirilməsinə yönəldilib: "Biz insanları maarifləndirik ki, sellofan torbalardan imtina ekologiyanın qorunmasından əvvəl, insanların öz sağlamlığına ziyandır. Bundan sonra insanlara polietilen torbaların ekologiyaya hansı zərəri vurduğu barədə məlumat verilir".

S. Məmmədova deyib ki, polietilen torbalar pullu olarsa, ondan istifadənin azalacağı proqnozlaşdırılır: "Hazırda polietilen torbalar pullu olmadığından, insanlar alış-veriş zamanı onlardan çox istifadə edirlər. Əgər pullu olsa, yəqin ki, həmin torbalardan hər deyəndə istifadə etməyəcəklər. Cüzi məbləğdə ödəniş etsələr belə, bu torbalardan az sayda alacaqlar. Hətta şəxsi büdcəsinə qənaət edən alıcılar dükana evdən özləri ilə torba götürəcək. Türkiyədə polietilen torbaların pullu olması artıq effekt verib, ondan istifadə halları əhəmiyyətli dərəcədə azalıb".

Nazirliyin əməkdaşı əlavə edib ki, hazırda iri supermarketlərdə ekoçantalar satılır. Onları pulla alaraq uzunmüddətli istifadə etmək mümkündür.

Xəbər lenti
0