Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

ABŞ və Çin arasındakı ticarət müharibəsi nə vaxt bitəcək – ekspert şərhi

© Photo : Facebook / natig.jafarliНатик Джафарли
Натик Джафарли - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, iki ölkə arasındakı ticarət müharibəsi dünyada ticarət dövriyyəsinin zəifləməsinə səbəb ola bilər
Natiq Cəfərli: “ÜTT-nin qaydalarına əməl etməyə borcludurlar”

ABŞ və Çin arasında nazirlik səviyyəsində ticarət məsləhətləşmələri aparılacaq. Bunu ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer deyib.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, üzv ölkələr ÜTT-nin qaydalarına əməl etməyə borcludurlar:

“Ticarət qaydalarını pozanlar üçün cərimələr nəzərdə tutulub. Düşünürəm ki, ABŞ və Çin arasındakı bu ticarət problemləri prezident seçkilərindən sonra aradan qalxa bilər. Bu iki ölkə arasındakı ticarət müharibəsi dünyada ticarət dövriyyəsinin zəifləməsinə səbəb ola bilər. ABŞ daxili istehsalı qorumaq üçün bu cür addımlar atır. Bu proses dalğavari şəkildə davam etsə, ümumdünya ticarətinə ziyan vura bilər. Mən düşünmürəm ki, bu proseslər kəskinləşəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0