Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Başqa bir xəstəlik 5 il əvvəldən xərçəngi proqnozlaşdırmağa imkan verir

© Sputnik / Aleksey Suhorukov / Mediabanka keçidВрач, фото из архива
Врач, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlərin fkrincə, bu kəşflə xəstəliyin başlanmasından 5 il əvvəl xərçəngin ola biləcəyini təxmin etmək mümkün olacaq.

BAKI, 2 noyabr — Sputnik. Ürək çatışmazlığı və xərçəng arasında əlaqə müəyyən edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ürək xəstəliyinin erkən əlaməti (mikrovaskulyar endotel disfunksiya) xərçəng şişlərinin inkişaf riskini göstərir.

Bu qərara alimlər uzunmüddətli araşdırmalardan sonra gəlib.

Статья в газете о раке - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xərçəngin yaranma risklərini necə azaltmaq olar

Araşdırma çərçivəsində ekspertlər 2006-cı ildən 2014-cü ilə qədər klinikalarında mikro-damar endotelial disfunksiya müayinəsindən keçmiş 488 xəstənin göstəricilərini təhlil edib. Prosedura periferik arterial hiperemiyanın reaktiv tonometriyası daxil edilib. Altı il müddətində davam edən araşdırma zamanı disfunksiya, sıfırdan ikiyədək tonometriya indeksi olaraq təyin olunub. Sonradan isə, disfunksiyası olan 221 xəstənin 9.5% -ə xərçəng diaqnozu qoyulub.

Disfunksiya və onkologiya arasında əlaqə kişilərdə və təzyiqdən əziyyət insanlarda daha çox müşahidə edilib. Alimlərin fkrincə, bu kəşflə xəstəliyin başlanmasından 5 il əvvəl xərçəngin ola biləcəyini təxmin etmək mümkün olacaq.

Xəbər lenti
0