Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xərçəngin yaranma risklərini necə azaltmaq olar

CC0 / PD Pics / CancerСтатья в газете о раке
Статья в газете о раке - Sputnik Azərbaycan
Abunə olmaq
Onkoloqun sözlərinə görə, artıq çəki və bədxassəli şişlərin yaranması arasında əlaqə var. Bu xüsusilə də qadınlarda daha çox müşahidə olunur

BAKI, 27 oktyabr — Sputnik. Sağlam həyat tərzi və tərkibində böyük miqdarda sellüloza olan düzgün qida rasionu xərçəng xəstəliyinin yaranma risklərini azaldır.

Peyvənd, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xərçəngə qarşı əlac artıq Bakıda - Yüz minlər yaşayacaq
  Sputnik Azərbaycan "Komsomolskaya pravda" qəzetinə istinadən xəbər verir ki, bunu onkoloq, tibb elmləri doktoru Nikolay Jukov deyib.

Jukovun sözlərinə görə, artıq çəki və bədxassəli şişlərin yaranması arasında əlaqə var. Bu xüsusilə də qadınlarda daha çox müşahidə olunur.

"Piy toxuması qadın hormonu olan estrogenin daha çox ifrazatına səbəb olur. Artıq hormonlar isə qadının cinsiyyət orqanlarının normal hüceyrələrini daha aktiv olmağa, daha çox bölünməyə stimullaşdırır. Daha çox bölünmə isə hüceyrələrin birində problemin yaranma riskini artırır", - onkoloq izah edib.

Onkoloq həmçinin hepatit B və insan papilloma virusuna qarşı peyvənd olunmağı məsləhət görüb.

Xəbər lenti
0