Türkiyədə siyasi təlatüm gözlənilir

© AFP 2024 / ADEM ALTANƏdalət və İnkişaf Partoyasının Ankaradakı mənzil-qərargahı. Arxiv şəkli
Ədalət və İnkişaf Partoyasının Ankaradakı mənzil-qərargahı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hakim Ədalət və İnkişaf Partiyasının 12-13 millət vəkili sabiq xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Onların sabiq nazirin partiyasına keçəcəyi gözlənilir.

BAKI, 2 noyabr — Sputnik. İstanbul millət vəkili Mustafa Yeneroğlunun AKP-dən istefası siyasi kulislərdə "istefaların davamı gələcəkmi" sualını gündəmə gətirib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğluna yaxın bir mənbə Yeneroğlunun istefasına münasibət bildirib: "Yeneroğlu tənqidlərini dilə gətirdi, ancaq onu istefaya təhrik etdilər. Bu, partiya daxilində demokratiyanın olmadığını göstərir".

Davudoğluna yaxın mənbə AKP-də istefaların davam edəcəyini və 12-13 millət vəkilinin onlarla görüşdüyünü söyləyib:

"AKP-dən istefaların davam edəcəyi görünür. Yeni partiyalar qurulduqdan sonra Türkiyənin siyasi həyatında balans çox dəyişəcək. Davudoğlu partiya yaratdıqdan sonra noyabr ayı ərzində Türkiyənin siyasi həyatında çoxlu dəyişikliklər olacaq. Təkcə AKP-dən deyil, digər partiyalardan da istefalar gözlənilir".

Davudoğluna yaxın mənbə onlarla görüşən deputatların istefa verib-verməyəcəyinə aydınlıq gətirməyib. 

Türk bayrağının arxasında Ərdoğan - Sputnik Azərbaycan
AKP-dən daha bir şok istefa

AKP-nin bir rəsmisi isə Yeneroğlundan başqa istefası tələb edilən digər millət vəkilinin olmadığını deyib: "İstefa verəcək kimsə yoxdur. İstefası tələb ediləcək şəxs də yoxdur".

Qeyd edək ki, AKP-dən ilk səs-küyə səbəb olan istefa iyulun 8-də baş verib. Belə ki, Türkiyənin sabiq Baş Nazirinin müavini və Xarici İşlər naziri olmuş Əli Babacan qurucusu olduğu partiya sıralarını 18 il sonra tərk etdiyini bəyan edib.

Sentyabrın 13-də Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyasından istefa verməsi isə Türkiyədə yeni bir partiyanın qurulacağına dair iddiaları gücləndirib. Əhməd Davudoğlu iddiaları bu sözlərilə təsdiqləyib: "AKP-də hədəflərimizi gerçəkləşdirmək imkanımız qalmayıb, yeni bir siyasi hərəkat inşa edəcəyik".

Onu da qeyd edək ki, Türkiyə mətbuatında AKP-nin narazı üzvlərinin yeni qurulacaq partiyalara keçməməsi üçün bir sıra addımlar atmağa çalışdığı yazılıb.

Xəbər lenti
0