BAKI, 21 sentyabr - Sputnik. Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verməsindən sonra AKP-li sabiq millət vəkilləri və vilayət rəhbərlərindən ard-arda istefa xəbərləri gəlməyə davam edir.
Sputnik Azərbaycan “Haber3”ə istinadla xəbər verir ki, bu gün AKP-dən daha bir nəfər istefa verib. AKP-nin qalası olan Konyada Karatay rayon partiya təşkilatının rəhbəri Yusif Koyuncu istefa ərizəsi yazıb.
Koyuncu istefa ərizəsində AKP ilə Doğu Perinçek və Osman Öcalanın eyni xətt üzrə hərəkət etdiyini və bundan narahat olduğunu bildirib.
Xatırladaq ki, Əhməd Davudoğlu deyib ki, azsaylı kadrların nəzarətində olan AKP-nin ölkənin problemlərini həll etmək imkanı yoxdur.
“Demokratik nizam qurmaq istəyirk” deyən Ə.Davudoğlu yeni siyasi hərakat yaratdıqlarını bildirib: “Bu gündən etibarən yeni bir siyasi hərəkat qurmaq bizim üçün tarixi məsuliyyətdir. Bu çərçivədə siyasi görüşündən asılı olmayaraq, məsuliyyət hissə edən hər kəsi bilikdə fəaliyyət göstərməyə dəvət edirəm”.