CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol böyüyündür, yoxsa böyürənin? - Korlanan mədəniyyət qırx manatla düzəlmir

© Sputnik / Aleksandr KryazhevКоровы на дороге, фото из архива
Коровы на дороге, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Dünyanın heç bir yerində belə şey görülməyib. Məgər o ölkələrdə heyvan yoxdur? - Əlbəttə, var. Mütləq heyvanların yolu ayrı olmalıdır"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. "Hər bir xalqın mədəniyyəti yoldan başlayır" deyirlər. Bu sözlərdə böyük həqiqət var. Yol həm də iqtisadiyyat və həyat deməkdir.

Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ömrümüzü bitirən yollar: Hər dəqiqəmiz həyatdan gedir, qiymətini verən yoxdur
Ölkə prezidenti yolların bərpası ilə əlaqədar hər il milyonlarla vəsait ayırır. Bəs insanlar bu yolların qədrini bilirlərmi?

Bu il Azərbaycanın şimal-qərb bölgəsində magistral avtomobil yolları təmir olundu. Ölkə prezidentinin də iştirakı ilə təntənəli açılış mərasimi baş tutdu. Di gəl ki, o gözəllikdən əsər-əlamət qalmayıb. Magistral avtomobil yollarında iri və xırda buynuzlu heyvanların rahat şəkildə gəzməsi ortaya xoşagəlməz mənzərə çıxarır. Məsələ isə daha çox sürücüləri narahat edir.

Sputnik Azərbaycan problemi araşdırıb.

Uzun illər sürücü kimi fəaliyyət göstərən Vəfadar Abdullayev bu məsələdən olduqca narahat olduğunu dilə gətirdi: "Ömrüm yollarda keçib. Xarici ölkələrə yük daşıyıram. Heç bir ölkədə yola qarşı bu qədər laqeydlik görməmişəm. İnsanlar qapılarını açıb heyvanları yola buraxırlar. Yüksək sürətlə gələn avtomobil heyvanla toqquşub ona xəsarət yetirəndə aləm dəyir bir-birinə. Amma çox uzağa getməyək, baxaq qonşu Gürcüstana. Orada heç vaxt yolun ortasında, kənarında heyvana rast gəlməzsən. Yollar da tərtəmiz".

© Sputnik / Shahperi AbbasovaYollarda heyvanlar
Yol böyüyündür, yoxsa böyürənin? - Korlanan mədəniyyət qırx manatla düzəlmir - Sputnik Azərbaycan
Yollarda heyvanlar

Respondentimiz deyir ki, barəsində danışdığımız problemlə dəfələrlə qarşılaşıb:

"Bir dəfə yol gedirdim, birdən qarşıma heyvan çıxdı. Maşını saxlaya bilmədim, nəticədə heyvan zədə aldı. Heyvanın yiyəsi üstümə düşdü. Məni cərimələtmək istədi. Qanunu bildiyimə görə məni cərimələdə bilmədi. Bu məsələyə insani nöqteyi-nəzərdən də baxmaq lazımdır. O heyvanın yiyələri anlamalıdırlar ki, heyvan şüursuzdur, maşın da - texnika. Hər dəfə yolda vurulan heyvanı görəndə ürəyim ağrıyır".

Sorğuda iştirak edən Seymur Zeynalov isə sürücüləri diqqətli olmağa çağırdı: "Rayon yerlərində, xüsusilə kəndlərdə sürücülər aşağı sürətlə sürməlidirlər. Bəzi sürücülər yaşayış məntəqələrindən keçərkən sürət həddinə əməl etmirlər. Bəzi yerlərdə heyvanın olması ilə bağlı xəbərdaredici nişan olsa da, sürücülər buna məhəl qoymurlar. Bu da bəzən heyvanların avtomobillərlə vurulması ilə nəticələnir".

Eyni mövzuya Arzu Qəbliyeva da toxunur: "Yayda maşınla bölgələrimizi gəzmək istədim. Yolun ortasında 100-dən artıq qoyun, keçi var idi. Haradasa yarım saatdan artıq gözləməli oldum. Nə qədər siqnal verdim, gördüm ki, heyvanlar getmir. Maşından düşüb qoyunları, keçiləri qovdum ki, yol açılsın. Rayon sakinlərindən dönə-dönə xahiş edirik ki, bu məsələyə diqqətli yanaşsınlar. Yerli idarə orqanları heyvanların gediş-gəlişinə şərait yaratsın".

Darısqal yollar uğrunda “müharibə”: Kimə olar, kimə olmaz müəmması var>>

Barəsində danışdığımız mövzu Vüsal Əzizovu da narahat edir. O, birmənalı olaraq heyvan sahiblərini günahlandırır: "Mən özüm də it saxlayıram. Buna görə məsuliyyət daşıyıram. Onu parka gəzintiyə xaltasız çıxartmıram. Bilirəm ki, mən onu xaltasız çıxartsam, gedib kimisə qapa bilər. Necə ki mən düşünürəm, zəhmət çəksinlər, heyvan saxlayan, ondan bəhrələnən rayon sakinləri onun qeydinə qalsınlar, qorusunlar.

© Sputnik / Shahperi AbbasovaYollarda heyvanlar
Yol böyüyündür, yoxsa böyürənin? - Korlanan mədəniyyət qırx manatla düzəlmir - Sputnik Azərbaycan
Yollarda heyvanlar

Bölgələrə tez-tez səfər edən Rusif Hüseynov heyvanların daha çox yolların estetik görünüşünə təsir etdiyini söyləyir: "Yollarda qəzaların baş verməsi bir yana, heyvanların məhv olması başqa bir dərddir. Heyvanların şose və ya magistral yollarda hərəkət etməsi yolların estetik görünüşünü korlayır. Baxırsan, yol yenicə çəkilib, heyvan o yolu batırıb. Dünyanın heç bir yerində belə şey yoxdur. Məgər o ölkələrdə heyvan yoxdur? - Əlbəttə, var. Mütləq heyvanların yolu ayrı olmalıdır. Yerli bələdiyyələr heyvanların gediş-gəlişi üçün yol ayırmalıdır. Şose və magistral yollar avtomobillər üçündür, heyvanlar üçün yox".

Səbaildə bərbad yollar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu "dəb" lənətə gəlsin: Bakıya gəlmək üçün iki ayaqqabı dəyişirlər - Reportaj

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirir ki, iri və xırdabuynuzlu heyvanları nəzarətsiz qoymaq, beton örtüklü yollarla ötürmək, at arabası ilə gecənin qaranlığında yola çıxılması kimi hallar inzibati xəta hesab olunur: "Məsələn, bir neçə ay bundan əvvəl təxminən 16-17 baş xırdabunuzlu heyvan yolların birində vurulub. Təbii ki, bu, xoşagələn hal deyil ki, yollarımızda belə hallar yaşanır və zəruri təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq, avtomagistral yollarda heyvanların aparılması və keçirilməsi baş verir. İnzibati Xətalar Məcəlləsinə (İXM) nəzər salsaq, 338.5.5 maddələri bilavasitə mal-qara ilə bağlı olan davranışı müəyyən edir və konkret qaydalar var. Bu maddənin pozulmasında cərimə tətbiq olunur".

Ekspertin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə monitorinqlər keçirilib: "Mal-qaranı otaran şəxsin bir qayda olaraq, bu qaydalardan məlumatı olmalıdır. Zaman-zaman monitorinqlər aparırıq. Və belə qənaətə gəlirik ki, sığırçılar elə zənn edirlər ki, mal-qaranı yolun kənarı ilə aparmaq olar. Onlar elə bilirlər ki, bu, düzgündür.

Biz onların niyə belə etdiklərini soruşduqda onlar da başqa aparacağı yer olmadığını deyirlər. Çünki yolla həmin otlaq sahəsi arasındakı yollar zəbt olunub. Mal-qaranı ötürən şəxs başqa bir şəxsin ərazisinə girməmək üçün bu yolla keçirməyə məcburdur. Müəyyən mənada o haqlıdır. Əgər yol yoxdursa, o haradan aparmalıdır?

Bizim yol infrastrukturunda bu cür imkanların məhdud olması xoşagəlməz hallara gətirib çıxarır. Amma bir qayda olaraq, o demək deyil ki, hamı şose və magistral yolla keçməlidir. Minimum digər resurslardan istifadə edilməlidir".

A.Allahverənov onu da əlavə etdi ki, yol hərəkəti qanununun 39-cu maddəsi mal-qara ötürmək məsələsini müəyyən edir. Burada göstərilir ki, mal-qara ötürənlər heyvanları asfalt olan hissədə ötürməməlidirlər: "Sakinlər qaranlıq vaxtı, görmənin məhdud olan saatlarında, dəmir yollarında və s. yolun hərəkət hissəsində mal-qaranı ötürməməlidirlər. Son dərəcə diqqətli nəzarət altında aparılmalıdır.

Утилизация автомобилей, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Çox əlləşmə, onsuz da metalloma gedir bu..." - Otuz illik dostunuzla sağollaşın

O şəxs diqqətli nəzarət etməzsə, məsuliyyətə cəlb olunur. Yaxud da 110 km/saat sürətlə gələn avtomobil avtomagistralda uzaqdan mal-qaranın keçdiyini görüb, nə qədər əyləcə bassa da, maşını saxlaya bilmir. Nəticədə hadisə baş verir. Yol hərəkəti qaydalarının 39-cu maddəsi bir növ qaydaları müəyyənləşdirir. O qaydaların pozulması 338.5 bəndində tənzimlənir və 40 manat məbləğində cərimə hesablanır. Mal-qaranı ötürən şəxs məsuliyyət daşıyır".

Bütün bunlarla yanaşı, ekspert sürücüləri də diqqətli olmağa çağırır: "Bəzi hallarda, ola bilər ki, sürücünün günahı olsun. Tutaq ki, hansısa yaşayış məntəqəsində sürət həddi 60-dırsa, sürücü sürət həddini aşırsa və qəza baş verərsə, bu zaman günahkar sürücü olacaq. Ona görə də biz tövsiyə edirik ki, sürücülər maksimum diqqətli olsunlar. Sürücü düşünməməlidir ki, sürü yolun kənarı ilə gedir və o, yola çıxmayacaq. Dəfələrlə qarşılaşmışıq ki, iri və ya xırda buynuzlu heyvanı həşərat sancır və o, yolun ortasına qaçır. Bu zaman təhlükə qaçılmazdır".

Xəbər lenti
0