CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı yeniliyə başlandı

© Sputnik/Murad OrucovŞəxsiyyət vəsiqəsi
Şəxsiyyət vəsiqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları vətəndaşlara elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir "ASAN xidmət" mərkəzində və ərazi polis qurumunda verilir

BAKI, 1 noyabr — Sputnik. Bu gündən ərazi polis orqanlarının və "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək. "ASAN xidmət"-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu, şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər çərçivəsində həyata keçirilir.

Удостоверение личности гражданина Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
Noyabrdan şəxsiyyət vəsiqələrinin verilməsi qaydası dəyişəcək

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanına uyğun olaraq, 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir "ASAN xidmət" mərkəzində və ərazi polis qurumunda verilir.

Ümumən Daxili İşlər Nazirliyinin fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər görülür.

Xəbər lenti
0