CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Noyabrdan şəxsiyyət vəsiqələrinin verilməsi qaydası dəyişəcək

© Sputnik / Anar MustafayevУдостоверение личности гражданина Азербайджанской Республики
Удостоверение личности гражданина Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi noyabr ayının 1-dən yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək

BAKI, 28 sentyabr — Sputnik. Daxili İşlər naziri Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.

Мужчина за рулем, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sükan arxasında risk: Yaşlı sürücülərə fərqli vəsiqə verilməlidir?

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əmrə əsasən, ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi noyabr ayının 1-dən yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.

Məlumat üçün bildiririk ki, ölkə Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir “ASAN xidmət” mərkəzində və ərazi polis qurumunda verilir.

Xəbər lenti
0