Macəra sevənlər, nazirlik sizi dəvət edir

CC0 / Free-Photos / hikerTurist, arxiv şəkli
Turist, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qaçış, veloyürüş, atla yürüş, piyada yürüş, həvəskar balıq ovu turniri və macəra turizmi kimi tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizm potensialının təbliği və milli parklara turistlərin marağının artırılmasıdır

BAKI, 1 noyabr — Sputnik. Azərbaycanın milli parklarında noyabr ayında müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng tədbirlər keçiriləcək.

Путешественники - Sputnik Azərbaycan
Oteldən çamadanla yemək çıxaran turist əməlinə peşman oldu

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Qaçış, veloyürüş, atla yürüş, piyada yürüş, həvəskar balıq ovu turniri və macəra turizmi kimi tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizm potensialının təbliği və milli parklara turistlərin marağının artırılmasıdır.

Təbiətin füsunkar gözəlliklərindən həzz almaq istəyirsinizsə, milli parklarımıza səyahət edin və təşkil olunacaq tədbirlərə qoşulun.

3 noyabr, saat 8:00 – Şirvan Milli Parkı – həvəskar balıq ovu turniri;

5 noyabr, saat 9:00 – Samur-Yalama Milli Parkı – Milli parkın yaradılması günü ilə əlaqədar açıq qapı günü;

9 noyabr, saat 10:00 – Abşeron Milli Parkı – qaçış marafonu;

11 noyabr, saat 11:00 – Hirkan Milli Parkı – veloyürüş;

14 noyabr, saat 11:00 – Göygöl Milli Parkı – macəra turizmi;

17 noyabr, saat 10:00 – Şirvan Milli Parkı – quşların müşahidəsi və ornitoloji seminar;

19 noyabr, saat 10:00 – Ağgöl Milli Parkı – həvəskar balıq ovu turniri;

21 noyabr, saat 10:00 – Şahdağ Milli Parkı (İsmayıllı bölməsi) – atla yürüş;

23 noyabr, saat 10:00 – Altıağac Milli Parkı – piyada yürüş marafonu;

27 noyabr, saat 10:00 – Qızılağac Milli Parkı – həvəskar balıq ovu turniri;

29 noyabr, saat 10:00 – Şahdağ Milli Parkı (Şabran bölməsi) – Ümumdünya Təbiəti Mühafizə Cəmiyyətinin yaranması ilə əlaqədar seminar.

Xəbər lenti
0