Oteldən çamadanla yemək çıxaran turist əməlinə peşman oldu

CC0 / Free Photos / TravelersПутешественники
Путешественники - Sputnik Azərbaycan
Abunə olmaq
Otelin işçilərinin bildirdiyinə görə, öteldə nömrələrə yemək və içki aparmaq qadağandır. Bu qaydalar qonaqlar otelə gələrkən onlara imzalamaq üçün təqdim olunan sənədlərdə əksini tapıb

BAKI, 30 sentyabr — Sputnik. Rusiyalı bir turist Türkiyədə oteldən yeməyi çamadanla çıxarmağa cəhd edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Habertürk yazıb.

Hadisə Manavqatda baş verib. Turistlər qaldıqları oteli tərk edərkən otelin işçisi onlardan birindən çamadanını göstərməyini tələb edib. Çamadanda səhər yeməyinə daxil olan xörəklər və paketlərə yığılmış meyvə və şirələr aşkarlanıb.

​Qidalar turistlərin əlindən alındıqdan sonra onlar oteli tərk ediblər. Otelin işçilərinin bildirdiyinə görə, öteldə nömrələrə yemək və içki aparmaq qadağandır. Bu qaydalar qonaqlar otelə gələrkən onlara imzalamaq üçün təqdim olunan sənədlərdə əksini tapıb.

"Biz "hər şey daxil" sistemi ilə işləyirik. Qonaqlarımız nə qədər istəyirlər, yeyib-içə bilərlər. Amma ərzağı çantalarla daşımaq nəyə lazımdır?" - otelin nümayəndəsi bildirib.

O güman edib ki, turistlər mehmanxanada yaşayış qaydalarını düzgün anlamayıblar.

Xəbər lenti
0