CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının rayonlarında liftlər dəyişdiriləcək

© Sputnik / Aleksey Nichukin / Mediabanka keçidКнопочная панель лифта, фото из архива
Кнопочная панель лифта, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda paytaxtın Nizami, Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 ədəd yeni liftin quraşdırılması işləri aparılır

BAKI, 1 noyabr — Sputnik. Bakıya 458 yeni lift gətirilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalanıb.

Папа Римский Франциск. Архивное фото - Sputnik Azərbaycan
Roma Papası liftdə qaldı, ayinə gecikdi

“Alov qüllələri” Kompleksində Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi, Almaniyanın "Wittur Holding GMBH" şirkətinin, həmçinin Azərbaycanın bir sıra tanınmış şirkətlərinin rəhbərlərinin iştirakı ilə təqdimat mərasimi, Bakıda yeni liftlərin quraşdırılmasının bu günə olan vəziyyəti, bu istiqamətdə gələcəkdə görüləcək işlərə həsr olunmuş tədbir keçirilib.

Bildirilib ki, imzalanmıış müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. İlk işlər pilot layihəsi kimi Nizami rayonunda başlanıb, sonradan isə bu işlər digər rayonlarda davam etdirilib. Hazırda müqavilədə nəzərdə tutulan 542 ədəd liftin 458-i artıq Bakıya gətirilib. Bu günə kimi 162 ədəd lift quraşdırılaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən qeydiyyata alınıb və istismarına icazə verilib. Hazırda paytaxtın Nizami, Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 ədəd yeni liftin quraşdırılması işləri aparılır.

“Lifttəmir” İstehsalat Birliyi eyni zamanda istismar müddəti bitməyən liftlərin də təmir işlərini aparır. Liftlərə texniki xidmət göstərilməsi işlərini daha da yaxşılaşdırılması üçün vahid dispetçer məntəqəsi yaradılır, işçi personalın texniki biliklərinin artırılması üçün əlavə işlər görülür. 

Xəbər lenti
0