BAKI, 1 sentyabr — Sputnik. Roma Papasının Müqəddəs Pyotr meydanındakı ənənəvi bazar günü vəzi xeyli gecikib.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, buna səbəb Papanın liftdə qalması olub.
Para rescatar al Papa Francisco, atrapado durante 25 minutos en un ascensor, tuvieron que intervenir los bomberos, para quienes el pontífice ha pedido "un aplauso" https://t.co/zqFN0rX0du
— EL PAÍS (@el_pais) September 1, 2019
"Gecikdiyimə görə üzr istəyirəm, bədbəxt hadisə oldu: mən 25 dəqiqə liftdə qalmalı oldum. Gərginlik (elektrik -red.) azaldığından lift dayandı", - saat 12-dən sonra eyvana çıxan Papa ayinə toplaşmış inanclılara deyib.
"Allaha şükür ki, yanğınsöndürənlər gəldilər, onlara çox sağ olun deyirəm! 25 dəqiqə sonra lifti işə sala bildilər. Gəlin yanğınsöndürənləri alqışlayaq", - pontifik moizədən əvvəl deyib.
Papanın liftdə qaldığı V Sikstin sarayı Vatikanın ictimaiyyətin gözündən kənar ən qapalı yerlərindən biri hesab olunur. Çox güman ki, I Fransisk onu Apostol sarayının dürdüncü mərtəbəsinə qaldıran şəxsi liftdə qalıb.