Rusiya və Türkiyə birgə planın icrasına başladılar

© Photo : activistpost.comRusiya və Türkiyə bayrağı
Rusiya və Türkiyə bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya və Türkiyə hərbçilərindən ibarət hərbi karvan saat 12:00-da Derbesiya məntəqəsindən hərəkətə başlayıb

BAKI, 1 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Hərbi Polisi Suriyanın şimalında sərhəddə ilk dəfə türkiyəli hərbçilərlə birgə patrul həyata keçirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"-nin müxbiri bildirib.

Rusiya və Türkiyə hərbçilərindən ibarət hərbi karvan saat 12:00-da Derbesiya məntəqəsindən hərəkətə başlayıb. Marşrutun uzunluğu 110 kilometr, hərbi karvanın sürəti 40-60 saatda kilometrdir.

Hərbi karvana 5 Rusiya və 4 Türkiyə hərbi maşını daxildir.

Türkiyə ordusu, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyə Suriya əsgərlərini Rusiyaya təhvil verdi

Xatırladaq ki, oktyabrın 22-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən danışıqların yekununda Memorandum imzalanıb.

Bundan sonra Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu bildirmişdi ki, Türkiyə oktyabrın 9-u Suriyanın şimalında başlatdığı "Sülh bulağı" əməliyyatını müvəqqəti olaraq dayandırıb.

Çavuşoğlu qeyd edib ki, əməliyyat hələ də başa çatmayıb və ordu "ehtiyac olduğu təqdirdə" terrorçularla mübarizə aparmağa hazırdır.

"Terrorçular haradasa peyda olsalar, hərbçilərimiz onlarla döyüşə girəcəklər. Silahlar, gizlənmə yerləri, mini-tələlər qalmaqdadır – bunların hamısını aradan götürmək lazımdır. Hələ çox iş qalıb. Buna görə də ərazidə qalırıq", - deyə nazir Anadolu Agentliyinə müsahibəsində deyib.

Qeyd edək ki, Çavuşoğlunun bu bəyanatından sonra Türkiyə Müdafiə Nazirliyi Rusiya ilə razılığın əldə edilməsi ilə bağlı olaraq ölkənin hazırkı mərhələdə Suriyada yeni əməliyyatı başlamağa ehtiyac görmədiyini bildirib.

Xəbər lenti
0