Türkiyə Suriya əsgərlərini Rusiyaya təhvil verdi

© AFP 2024 / DELIL SOULEIMANTürkiyə ordusu, arxiv şəkli
Türkiyə ordusu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 22-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən danışıqların yekununda Memorandum imzalanıb

BAKI, 1 noyabr — Sputnik. Rəsmi Ankara daha əvvəl saxlanılan 18 Suriya əsgərini azad edib və onları Rusiya tərəfinə təhvil verib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ötən gün Türkiyə Müdafiə naziri Hulusi Akar bildirib ki, rəsmi Ankara Suriya ordusunun əsir götürülən 18 hərbçisinin Rusiyaya təhvil verilməsi üçün Moskva ilə danışıqlar aparır.

Zaur Məmmədov - Sputnik Azərbaycan
Politoloq: “İŞİD liderinin öldürülməsi çox maraqlı vaxta təsadüf edir”

Oktyabrın 22-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən danışıqların yekununda Memorandum imzalanıb.

Bundan sonra Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu bildirmişdi ki, Türkiyə oktyabrın 9-u Suriyanın şimalında başlatdığı "Sülh bulağı" əməliyyatını müvəqqəti olaraq dayandırıb.

Çavuşoğlu qeyd edib ki, əməliyyat hələ də başa çatmayıb və ordu "ehtiyac olduğu təqdirdə" terrorçularla mübarizə aparmağa hazırdır.

"Terrorçular haradasa peyda olsalar, hərbçilərimiz onlarla döyüşə girəcəklər. Silahlar, gizlənmə yerləri, mini-tələlər qalmaqdadır – bunların hamısını aradan götürmək lazımdır. Hələ çox iş qalıb. Buna görə də ərazidə qalırıq", - deyə nazir Anadolu Agentliyinə müsahibəsində deyib.

Qeyd edək ki, Çavuşoğlunun bu bəyanatından sonra Türkiyə Müdafiə Nazirliyi Rusiya ilə razılığın əldə edilməsi ilə bağlı olaraq ölkənin hazırkı mərhələdə Suriyada yeni əməliyyatı başlamağa ehtiyac görmədiyini bildirib.

Xəbər lenti
0