CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə dini icmaların gizli fəaliyyətinə son qoyulub

© Sputnik / Irade JELILBakıda “Din və insan hüquqları” mövzusunda keçirilən konfransda kitablar
Bakıda “Din və insan hüquqları” mövzusunda keçirilən konfransda kitablar - Sputnik Azərbaycan
Abunə olmaq
Səyavuş Heydərov: "Artıq evləri gəzərək insanları müəyyən dini cərəyanlara cəlb edən dini sektalar mövcud deyil"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. "Azərbaycanda dini icmaların gizli fəaliyyəti qeydə alınmayıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Праздничный намаз по случаю Гурбан байрам в мечети Тезе-пир - Sputnik Azərbaycan
YAZARLAR
Dini qadağalar: “Azad” insan üçün ağır bir yük kimi qəbul edilir

O bildirib ki, ölkədə bütün dini icmalara bərabər münasibət bəslənilir: "Demək olar ki, qanun pozuntusuna az hallarda rast gəlirik. Əksər dini icmalar qanunun tələblərinə riayət edirlər. Əvvəllər əsas narahatlığımız qeyri-islami dini cərəyanlarla bağlı idi. Onlar müəyyən sektalara bölünərək qanunları pozurdular. Bu sektalar da ölkəmizi istəməyən qüvvələrin əlində alət idilər. Artıq bizim əvvəllər sekta formasında fəaliyyət göstərən icmalarla əməkdaşlığımız mövcuddur. Onlar da belə hərəkətlərdən uzaq olmağa çalışırlar. Azərbaycandakı dini durum əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Qanunvericiliyə əsasən, xarici ölkə vətəndaşlarına dini təbliğ etmək qadağandır. Bu baxımdan dini icmaların fəaliyyətinə nəzarət kifayət qədər güclüdür. Artıq evləri gəzərək insanları müəyyən dini cərəyanlara cəlb edən dini sektalar mövcud deyil".

Xəbər lenti
0