BAKI, 31 oktyabr — Sputnik. Kriştianu Ronaldunun oğlu Junior İtaliyanın U-9 liqasında möhtəşəm göstəriciyə imza atıb.
Sputnik Azərbaycan xəbər verir ki, portuqaliyalı ulduzun oğlu "Yuventus"un uşaq komandasında keçirdiyi 28 görüşdə 58 qol vurub. Junior eyni zamanda 18 qol ötürməsi də edib.
Kriştianu Ronaldu oğlunun bu nəticəsinə fikir bildirib: "Ümid edirəm ki, o, özünü atası kimi hiss edir. Onun üçün çətin olsa da, inanıram ki, mənim kimi futbolçu olacaq. Böyük futbolçu olmaq göydən düşmə deyil."
Cristiano Ronaldo Junior for Juventus U-9:
— FootballTalentScout (@FTalentScout) October 30, 2019
Qeyd edək ki, Ronaldunun oğlu Juniorun 9 yaşı var. O, hazırda "Yuventus" akademiyasının üzvüdür.