BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan Milli komandasının və Almaniyanın "Erzgebirge" klubunun üzvü Dmitri Nazarov maraqlı kampaniyada iştirak edib.
Sputnik Azərbaycan xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi komanda yoldaşı Paskal Testroetlə birlikdə klubun təmsil olunduğu Aue şəhərinin mərkəzi küçələrində "Haydenhaym"la oyunun biletlərini satıblar. Onların bu addımı şəhər sakinləri tərəfindən maraqla qarşılanıb. Azarkeşlər futbolçularla birgə fotolar çəkdirib, imza alıblar.
Məlumat üçün bildirək ki, "Erzgebirge" - "Haydenhaym" matçı 16485 nəfər tutumu olan "Şparkassen – Erzgebirsştadion" stadionunda noyabrın 2-də baş tutacaq. Hazırda Almaniyanın 2-ci divizionunda çıxış edən komanda 11 oyundan sonra 18 xalla 4-cü yerdə qərarlaşıb.