CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meteohəssas insanlar üçün gərgin günlər olacaq

CC0 / Flickr / sunsetGünəşin çıxması, arxiv şəkli
Günəşin çıxması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Geomaqnit sahə son 24 saat ərzində ümumən sakitdir, ancaq ayın sonuncu günü Günəş küləyi parametrlərinin güclənəcəyi gözlənilir

BAKI, 29 oktyabr — Sputnik. Dünən Günəş fəallığı çox aşağı səviyyədə olub və Günəşin ləkələri görünməyib.

Изображение черной дыры в центре галактики M87, полученное с помощью телескопа Event Horizon Telescope - Sputnik Azərbaycan
Qara dəlik ulduzu necə parçalayır - VİDEO

Sputnik Azərbaycan Şamaxı Astrofizika rəsədxanasının məlumatına istinadla xəbər verir ki, elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən sakitdir.

Proqnoz dövründə də (28 - 30 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Sonuncu proqnoz günü isə (30 oktyabr) Günəş küləyi parametrlərinin güclənəcəyi gözlənilir.

Proqnoz dövründə (28 - 30 oktyabr) geomaqnit sahədə ümumən sakitlik, lakin qısa fasilələrlə fəal şərait müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 10%-dən aşağı qiymətləndirilir.

Xəbər lenti
0