CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə universiteti soydular

CC BY-SA 2.0 / Bill Burris / Three Wise MenКвартирный вор, фото из архива
Квартирный вор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalar zamanı məlum olub ki, 15 ədəd kompüter və bir ədəd "WiFi" cihazı oğurlanıb. Üç nəfər saxlanılıb

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 23-nə keçən gecə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin “Süni mayalanma” tədris mərkəzində  oğurluq hadisəsinin baş verməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə məlumat daxil olub.

Демонстрация бриллианта, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda brilyant oğruları ələ keçdilər: ləl-cəvahirat lap əl altında imiş

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Nizami RPİ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, 15 ədəd kompüter və bir ədəd "WiFi" cihazı oğurlanıb.

© FACEBOOK / Ministry of Internal Affairs of the Republic of AzerbaijanGəncədə universitetdən oğurlanan noutbuklar
Gəncədə universiteti soydular - Sputnik Azərbaycan
Gəncədə universitetdən oğurlanan noutbuklar

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin universitetin tələbələri  X. Əhmədov, İ.Məmmədov və Y. Nəcəfov saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

© FACEBOOK / Ministry of Internal Affairs of the Republic of AzerbaijanGəncədə universitetdən oğurlanan noutbuk
Gəncədə universiteti soydular - Sputnik Azərbaycan
Gəncədə universitetdən oğurlanan noutbuk

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0