CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda brilyant oğruları ələ keçdilər: ləl-cəvahirat lap əl altında imiş

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidДемонстрация бриллианта, фото из архива
Демонстрация бриллианта, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onlardan oğurluq yolla əldə etdikləri pul və qızıl-zinət əşyaları aşkar olunaraq maddi sübut kimi götürülüb

BAKI, 29 oktyabr — Sputnik. Paytaxt sakini Elşən Rəhimov oktyabrın 24-də Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin gecə ona məxsus "İnfiniti" markalı avtomobilin yaşadığı evin həyətində qabaq sol yan şüşəsinin sındırıldığını və nəqliyyat vasitəsinin saxlanc yerindən 14000 manat dəyərində 65 karat brilyant qaşların, 11200 manat dəyərində 170 qram çəkidə qızıl-zinət əşyalarının, 10000 ABŞ dolları, 3000 avro və 1500 manatının naməlum şəraitdə oğurlandığını bildirib.

© FACEBOOK / Ministry of Internal Affairs of the Republic of AzerbaijanBakıda "İnfiniti"dən 70 min manatlıq oğurluq olub
Bakıda brilyant oğruları ələ keçdilər: ləl-cəvahirat lap əl altında imiş - Sputnik Azərbaycan
Bakıda "İnfiniti"dən 70 min manatlıq oğurluq olub

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış və 37-ci Polis Şöbəsi əməkdaşlarının, həmçinin ekspert-kriminalistlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı zərərçəkən şəxsə ümumilikdə 69458 manat miqdarında maddi ziyanın dəydiyi məlum olub.

© FACEBOOK / Ministry of Internal Affairs of the Republic of Azerbaijan “İnfiniti” markalı avtomobildən oğurlanan zinət əşyaları
Bakıda brilyant oğruları ələ keçdilər: ləl-cəvahirat lap əl altında imiş - Sputnik Azərbaycan
“İnfiniti” markalı avtomobildən oğurlanan zinət əşyaları

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə təqsirli bilinən Xəzər rayon sakinləri Rüfət Şahbazov və qardaşı Mürüfət saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan oğurluq yolla əldə etdikləri pul və qızıl-zinət əşyaları aşkar olunaraq maddi sübut kimi götürülüb.

© FACEBOOK / Ministry of Internal Affairs of the Republic of Azerbaijan “İnfiniti” markalı avtomobildən oğurlanan pullar
Bakıda brilyant oğruları ələ keçdilər: ləl-cəvahirat lap əl altında imiş - Sputnik Azərbaycan
“İnfiniti” markalı avtomobildən oğurlanan pullar

Qeyd edək ki, Rüfət Şahbazov və Mürüfət Şahbazov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Xəbər lenti
0