Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanlılar Dubayda: Giriş 15 dirhəm

© FACEBOOK / Global VillageМеждународная ярмарка Global Village в Дубае
Международная ярмарка Global Village в Дубае - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan ilk dəfə olaraq Dubayda keçirilən "Global Village" ("Qlobal kənd") beynəlxalq yarmarkasına qatılıb və orada ölkəmizi təmsil edən pavilyon quraşdırılıb

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan ilk dəfə olaraq Dubayda keçirilən "Global Village" ("Qlobal kənd") beynəlxalq yarmarkasına qatılıb.

Павильон Азербайджана на ВДНХ в Москве - Sputnik Azərbaycan
Azərbaycanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində pavilyonunu İlham Əliyev açacaq

Sputnik Azərbaycan "Gulf News"-a istinadla xəbər verir ki, cari ilin 29 oktyabrdan - 2020-ci ilin 4 noyabrınadək keçiriləcək 24-cü beynəlxalq yarmarkada 78 ölkə, 3,5 min ticarət obyekti və 60-dan çox attraksion iştirak edir.

Ümumilikdə yarmarkada 26 pavilyon fəaliyyət göstərəcək. Yarmarkaya yeni qoşulan ölkələrdən Azərbaycan və Cənubi Koreyanın da öz pavilyonu olacaq.

Yarmarkanın keçirildiyi müddətdə 40 mindən çox şou təşkil ediləcək. Onun ərazisində müxtəlif ölkələrə məxsus 130 səyyar yemək masası, həmçinin 20 kafe və restoran fəaliyyət göstərəcək.

Yarmarkaya giriş biletlə olacaq. Biletin qiyməti 15 dirhəm (4 ABŞ dollarına yaxın) müəyyən edilib.

Ötən mövsümdə bu yarmarkanı 7 milyon nəfər ziyarət edib.

Tbilisi bayramında Bakı "rüzgarları" - FOTO>>

Müxtəlif ölkələri təmsil edən "Global Village" pavilyonları konkret ölkənin mədəni xüsusiyyətlərini və milli rəngarəngliyini əks etdirən bənzərsiz üslubda quraşdırılır. Pavilyonlarda satılan malların çeşidi çox genişdir. Burada kosmetika, suvenirlər, geyimlər, dəri və ağac məhsulları, ədviyyatlar və digər məhsulları tapmaq olar.

"Global Village" Birləşmiş Ərəb Əmirliklərində hər il 1,6 milyon kvadratmetr ərazidə yerləşən "Dubailand" əyləncə parkında təşkil olunan beynəlxalq və çox genişmiqyaslı yarmarkadır. Keçirildiyi müddətdə yarmarka bölgədəki turizm, istirahət, əyləncə və alış-veriş mərkəzinə çevrilir.

Xəbər lenti
0