Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində pavilyonunu İlham Əliyev açacaq

© Sputnik / Aleksandr NatruskinПавильон Азербайджана на ВДНХ в Москве
Павильон Азербайджана на ВДНХ в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının XTNS-dəki pavilyonunda işlər praktiki olaraq başa çatıb – inşaatçılar və bərpaçılar finiş xəttinə çatırlar, lakin dövlət başçısının Rusiya paytaxtına səfərinin tarixi hələlik məlum deyil

BAKI, 16 oktyabr — Sputnik, Aleksey Stefanov. MDB İqtisadi Şurası yanında İqtisadi məsələlər üzrə komissiyanın iclası ilk dəfə olaraq səyyar keçirilib. Birlik ölkələrinin məmurlarına Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində (XTNS) MDB üzvü olan dövlətlərin Sərgi Ticarət Mərkəzlərinin (STM) yaradılması üzrə işlərin gedişi ilə yerində tanış olmaq təklif olunub.

MDB İqtisadi Şurası nümayəndə heyətinin XTNS-də dayandıqları məntəqələrdən biri Azərbaycan pavilyonu olub. Məmurlar STM-in kandarından içəri keçməmiş onları xəbərdar ediblər ki, daxildə interyeri hətta telefonla belə çəkmək olmaz. İş ondadır ki, pavilyon rəsmi olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılacaq və o ana qədər obyektin şəkilləri heç yerdə dərc olunmamalıdır. Pavilyonun içərisində mərmərin və divardakı suvağın hamarlanması, fəvvarənin bərpası, stellajların və digər mebelin quraşdırılması işləri tam sürətlə gedirdi.

Kamran Əsədov  - Sputnik Azərbaycan
Ekspert təhsil sərgiləri barədə: regionlarda keçirilməsi daha yaxşı olardı

Bayır tərəfdən isə Azərbaycan STM tamamilə quraşdırılmış kimi görünür. Pavilyonun rəhbərinin bildirdiyinə görə, həm STM-in daxilində, həm də bayır tərəfdən bütün tarixi detalları bərpa etmək mümkün olub. Daxildə hələ ki tikintinin tozu çəkilməyib və görüləcək işlər var, bayır tərəfdən isə pavilyonda görülmüş işlərin miqyasını qiymətləndirmək artıq olar. Bərpaçılar Azərbaycan SSR-in gerbindən, oraq-çəkicin də yer aldığı hər cür milli naxışlardan başlayaraq nəhəng qapılar, ustaların mismardan istifadə etmədən kiçik detallardan yığdıqları qoz ağacından düzəldilmiş unikal şəbəkə-vitrajları da daxil olmaqla fasadın bütün detallarını bərpa edə biliblər. İki heykəl – "Çoban" və "Azərbaycanlı qız", həmçinin iki fəvvarə kasası bərpa olunub.

Bir qədər sonra XTNS ASC-nin MDB ölkələri ilə iş və xarici əlaqələr İdarəsinin müşaviri Lüdmila Ruslanova keçirilmiş səyyar iclasda Azərbaycan STM-nin bərpası üzrə işi yüksək qiymətləndirib.

"Ötən il ərzində pavilyonun fasadının və interyerinin bərpa olunması üzrə genişmiqyaslı iş həyata keçirilib, tarixi abidələr, fəvvarələr, gerb, qapılar bərpa olunub", - o qeyd edib.

Məmur əlavə edib ki, pavilyonun açılış lentini Azərbaycan Prezidenti İlham Əliyev kəsəcək, amma onun Moskvaya nə vaxt gələcəyi məlum deyil.

Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası Nazirlər Kabineti arasında Moskvada XTNS ərazisində Azərbaycan Respublikasının sərgi və ticarət mərkəzinin yaradılması haqqında razılaşma 15 sentyabr 2014-cü ildə imzalanıb. 2016-cı ilin oktyabr ayında Moskva Şəhər Əmlak Departamenti ilə "Bakı Biznes Mərkəzi" arasında mədəni irs obyektinin icarəyə verilməsinə dair müqavilə imzalanıb. 2017-ci ilin yanvar ayında pavilyonun təhvil-təslim aktı, 2018-ci ilin may ayında isə torpaq sahəsinin icarəsi müqaviləsi imzalanıb. Ümumiyyətlə, icarə müddəti ildə bir rubl olmaqla 50 ildir.

Xəbər lenti
0