Min illərlə insanları öldürən bəla Makedoniyalı İsgəndərə də rəhm etmədi

© REUTERS / Alexandros AvramidisПамятник Александру Македонскому в Салониках, Греция
Памятник Александру Македонскому в Салониках, Греция - Sputnik Azərbaycan
Abunə olmaq
Tədqiqatda deyilir ki, simptomlar bol yemək və şərabdan sonra qarında şiddətli ağrılar, qızdırma və 14 gün vəziyyətin daha da pisləşməsi ilə müşayiət olunub

BAKI, 27 oktyabr — Sputnik. Makedoniyalı İsgəndər əvvəllər düşünüldüyü kimi malyariya, tif və ya pnevmoniyadan ölməyib.

Sputnik Azərbaycan Yunanıstanın "Greek Reporter" nəşrinə istinadən xəbər verir ki, Aristotel Universitetinin alimləri məşhur sərkərdənin ölümünün əsl səbəblərini tapıblar.

Больница, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xəstələrin həyatı üçün vacib yenilik: Nazir əmr verdi, məcbur olacaq

Alimlərin sözlərinə görə, Makedoniyalı İsgəndər pankreonekroz adlı xəstəlikdən dünyasını dəyişib. 1995-ci ildən etibarən aparılmış tədqiqatlarda İsgəndərin xəstəliyinin simptomları və antik dövrün tarixçiləri tərəfindən onun son günləri haqqında aparılmış qeydlər analiz edilib.

Tədqiqatın müəllifi, fəxri tibb professoru, doktor Tomas Gerasimidisin sözlərinə görə, İsgəndərin ölümünə kəskin pankreonekrozun yaratdığı ağır sepsis səbəb olub. Professorun fikrincə, bu xəstəlik öz növbəsində sərkərdənin ödündə olan daş, eləcə də onun ağır qida və spirtli içki asılılığı səbəbindən yaranıb.

Tədqiqatda deyilir ki, simptomlar bol yemək və şərabdan sonra qarında şiddətli ağrılar, qızdırma və 14 gün ərzində hər gün vəziyyətin daha da pisləşməsi ilə müşayiət olunub.

DNT analizi, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
DNT-ni dəyişməklə xəstəliklərdən azad olmaq olur?

Qədim yunan tarixçilərinin işlərini analiz edəndən sonra Gerasimidis İsgəndərin ölümünün digər səbəblərini, o cümlədən malyariya, pnevmoniya, tif, eləcə də Qərbi Nil qızdırması versiyalarını inkar edib.

Xatırladaq ki, Makedoniyalı İsgəndər Argeadlar sülaləsinin nümayəndələrindən biri, məşhur sərkərdə və ölümündən sonra parçalanmış imperiyanın yaradıcısıdır.

Xəbər lenti
0