Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

DNT-ni dəyişməklə xəstəliklərdən azad olmaq olur?

© Sputnik / Denis Abramov / Mediabanka keçidDNT analizi, arxiv şəkli
DNT analizi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı alimlər genetikaya müdaxilənin də müəyyən xəstəliklərə səbəb olduğunu bildirib. Xüsusən də bu üsulun anemiya kimi bir sıra xəstəliklərə səbəb olduğu, kiçik səhvlərin isə böyük problemlərə yol açdığı deyilir

BAKI, 23 oktyabr — Sputnik. Alimlərin fikrincə, hər bir fərdin genetikası, yaxud DNT-si bir növ onun strukturu, quruluşu hesab edilir. Yaş artdıqca genetikada olan problemlər zamanla özünü biruzə verir. Lakin alimlər artıq genetikaya müdaxilə edərək bu riskləri azalda bilirlər. Amma genetik xəstəliklərdən azad olmaq üçün atılan bu addımın da təhlükəsiz olmadığı bildirilir.

Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, bu, o qədər də asan iş deyil. Amerikalı alimlər genetikaya müdaxilənin də müəyyən xəstəliklərə səbəb olduğunu bildiriblər. Xüsusən də bu üsulun anemiya kimi bir sıra xəstəliklərə səbəb olduğu, kiçik səhvlərin isə böyük problemlərə yol açdığı deyilir.

Qeyd edək ki, “DNT korrekti” adlanan üsulla mövcud qüsurları, xəstəlikləri 89 faizədək azaltmaq mümkün olur. Bu proses isə xüsusi laboratoriyada həyata keçirilir.

Xəbər lenti
0