Puşilin: “Zelenski Poroşenkonu onun ən pis təzahürlərində təkrarlayır”

© Sputnik / Sergey Averin / Mediabanka keçidГлава самопровозглашенной "Донецкой народной республики" Денис Пушилин
Глава самопровозглашенной Донецкой народной республики Денис Пушилин - Sputnik Azərbaycan
Abunə olmaq
"Ştaynmayer formulu"nun aspektləri, özünü respublika elan etmiş “DXR” və “LXR” ətrafındakı vəziyyətlə bağlı Denis Puşilinlə müsahibə

BAKI, 25 oktyabr — Sputnik. Özünü respublika elan etmiş "Donetsk Xalq Respublikası"nın rəhbəri Denis Puşilin Minskdə imzalanan "Ştaynmayer formulu"na və iki pilot ərazidə qüvvələrin və vəsaitlərin bölünməsinə razılıq verməsinə baxmayaraq, Ukrayna hakimiyyətinə inamsızlığını gizlətmir.

Puşilin RİA Novosti-nin müxbiri Yuri Voytkeviçə verdiyi müsahibədə Kiyevin "DXR" və "LXR"-nin ləğv edilməsi tələbinə, həmçinin Ukrayna hakimiyyətinin Donbasda niyə atəşkəsə riayət etmək istəməməsinə münasibətini bildirib.

- "Ştaynmayer formulu"nun imzalanması məsələsində Kiyevə necə təsir edə bildiniz? Kiyev niyə formulu imzalamalı və bu cür mexanizmlərə gəlməli oldu?

Кандидат в президенты Украины Владимир Зеленский с женой Еленой приветствуют сторонников после второго тура президентских выборов в Киеве - Sputnik Azərbaycan
“Böyük hörmətsizlik”: Ukraynanın birinci xanımı tənqid atəşinə tutuldu - FOTO

Bu, hələ 2015-2016-cı illərdə "Normand formatı”nda razılaşdırılmışdı. Minskdəki danışıq aparanlar, Ukrayna nümayəndələri dedilər - "biz bu formulla bağlı heç nə bilmirik, biz bu planda heç bir iş görməyəcəyik." Təbii ki, bununla da hər şey tormozlandı.

Bir neçə ildir bu formul ətrafında davamlı müzakirələr gedir. Buna görə də Ukraynada hakimiyyətin dəyişdiyini nəzərə alsaq, Kiyevin Minsk razılaşmaları çərçivəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsinə münasibətini dəyişəcəyinə və hansısa hərəkətin olacağına ümid yarandı. Buna görə də əvvəlki razılaşmalardan ən sadəsini - "Ştaynmayer formulu"nu götürdülər. Bu “Normand formatı”ndakı şərtlərdən biri oldu.

Növbəti şərt Petrovski və Zolotoyda qüvvə və vasitələrin çəkilməsi oldu. İndi Ukrayna, xüsusi müdriklik nümayiş etdirmədən Luqansk stanitsasında çəkilmə ilə bağlı hansısa irəliləyişlərə getdi, ancaq Petrovski və Zolotoyda bunu dayandırdı.

İngiltərə uduzub, Ukraynaya isə yalnız bir xal toplamaq lazımdır>>

Əlbəttə ki, biz onlarda nəzarətdənkənar radikalların olduğunu və hansısa mitinqlərin hazırlandığını nəzərə alaraq, Ukrayna hakimiyyətini anlayışla qarşılaya bilərdik. Əgər bu müddət ərzində bizim ərazilərimizə mərmilər yağmasaydı və bu razılaşmalar bütün mümkün formatlarda - Minskdə "Normand formatı"nda, ilkin xarakterli görüşlərdə təsdiqlənməsəydi, bütün bunları başa düşmək olardı. Lakin təəssüf ki, Ukrayna bu məsələdə irəliləmir.

Radikallarla problem hazırkı Ukrayna hakimiyyətinin problemidir. Onların “Ştaynmayer formulu”nu  qanunvericiliyə salmaq üçün hər cür imkanı var, Ali Radada yetərli çoxluğa malikdirlər. Və bu, Normand görüşünün baş tutması üçün “Ştaynmayer formulu”nun şərtinin davamıdır.

Biz öhdəliklərimizi tam yerinə yetiririk və Minsk razılaşmalarını tam şəkildə yerinə yetirməyə hazırıq. Ancaq bunu birtərəfli etmək nəticə vermir. "Ştaynmayer formulu"na və qüvvə və sursatın çəkilməsinə gəlincə - top Ukraynanın tərəfindədir.

Elxan Şahinoğlu - Sputnik Azərbaycan
Putin və Ərdoğan Suriya məsələsində hansı addımları atacaqlar – politoloq şərhi

“Ştaynmayer formulu”nun qanunvericiliyə tətbiq edilməsinə ehtiyac var. Ali Radada səs çoxluğu var və deməli imkan da var. Petrovski və Zolotoyanı sadəcə götürmək və ayırmaq lazımdır. Biz hazırıq. Sadəcə, götürmək və etmək lazımdır.

- Kiyevin qüvvələrin və ləvazimatların çəkilməsinə razılıq verdiyini və "Ştaynmayer formulu" nu imzaladığını necə izah etmək olar? Axı bu məsələlərdə irəliləyiş yoxdur?

- Zelenski indi Poroşenkonu onun ən pis təzahürlərində təkrarlayır. Dinc şüarlarla hakimiyyətə gəldi: o, sülh prezidenti olduğunu və edəcəyi ilk işin sülhə nail olmaq olacağını elan etdi. Yarım ildən çox vaxt keçsə də, atəşkəslə bağlı heç bir əmr yoxdur. Ukraynada çəkilmə və atəşkəs haqqında hətta ən əsas bəndlərin heç biri yerinə yetirilməyib. Buna görə də, biz indi Poroşenkonun ən pis təzahürünü görürük.

- "Ştaynmayer formulu"nun tətbiqi Donbasdakı vəziyyəti necə dəyişə bilər?

- Qeyd etmək istərdim ki, "Ştaynmayer formulu" kompleks tədbirlərin siyasi bəndlərini yerinə yetirən elementlərdən biridir. “Ştaynmayer Formulu” sadəcə imkanlar açır, hətta onun həyata keçirilməsi Donbas ərazisindəki kompleks tədbirlər planında nəzərdə tutulduğu kimi seçkilərin keçirilməsi ilə bağlı digər məsələlərin müzakirəsi üçün geniş imkanlar açır. Ancaq biz hələlik Ukrayna tərəfdən maneələrlə üzləşirik, yəni sabah, bir həftə, bir ay və ya daha sonra Ukraynanın bu formulu Ukrayna qanunvericiliyinə tətbiq etməsi üçün heç bir ön şərt görmürəm.

Tramp Zelenski ilə telefon danışığını dərc etməyə razılıq verdi>>

- Bu vəziyyətdə Kiyev hansı fayda əldə edə bilər?

- Sadəcə vaxt alırlar, radikal əhval-ruhiyyəli ünsürlərlə oynamağa çalışırlar və unudurlar ki, bu, onların elektoratı deyil. Onlar heç vaxt radikalların xoşuna gəlmirlər. Bu, onların ən böyük yanlışıdır. Zelenski hakimiyyətə radikallar tərəfindən deyil, sülh istəyən insanlar tərəfindən gətirilib. Səsvermənin nəticələrinə görə, bu, səslərin 70% -dən çoxudur. Zelenski nədənsə bu 70%-ə qulaq asmır, ancaq bir ovuc neonasist varlığı dinləyir.

- Kiyevin "Ştaynmayer formulu”nun şərtlərini qəbul etməsinə nə təsir göstərə bilər və bunun üçün nə qədər vaxt lazımdır?

- Biz dəfələrlə dünya birliyinə müraciət etmişik, dəfələrlə təminatçı ölkələrə müraciət etmişik. Yalnız Rusiya Ukraynanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edən müəyyən addımlar atdı və atmaqda davam edir. Lakin altıncı ildir ki, Ukrayna yerindən tərpənmir, ona görə də indi danışmaq və Ukraynanın Minsk razılaşmalarını yerinə yetirəcəyinə dair hansısa tarixləri demək çox qəliz məsələdir.

Ukrayna bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Ukraynalı rəsminin bu sözləri ciddi reaksiya doğuracaq

- “DXR” imzalanmış sənədlərdəki tələbləri yerinə yetirməyə və Minsk razılaşması üzrə hərəkət etməyə hazırdır?

- Biz nəinki hazırıq, üstəlik müntəzəm olaraq bunu bəyan edirik, bu barədə bizim nümayəndələrimiz Minsk danışıqlarında bəhs edirlər. Bundan əlavə, biz tərəfdən bütün zəruri addımlar atılır. Yəni, biz Minsk prosesi və Minsk platformasının münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verməsindən yanayıq. Hələlik biz bunun alternativini görmürük.

- "Ştaynmayer formulu"nun tətbiqi Donbasdakı hərbi əməliyyatların tamamilə dayandırılmasına səbəb ola bilərmi?

- O qədər də sadə olmayan və çox çətin şəraitdə kompleks tədbirlər hazırlandı. Orada çoxlu kompromis məqamlar var. Eyni zamanda, bu, hərbi əməliyyatların dayandırılmasına və münaqişənin tamhüquqlu siyasi həllinə səbəb olacaq bir növ "yol xəritəsi"dir. Yalnız bəndlərdə göstərilənlərin hərtərəfli həyata keçirilməsi müsbət dinamikaya və bütövlükdə sülhə yol aça bilər.

- “DXR”-də qüvvələrin və vasitələrin çəkilməsi ilə bağlı hansı proqnozlar vermək olar?

- Mən Ukraynanın hələ 2016-cı ilin oktyabrında qüvvə və vasitələrin çəkildiyi pilot ərazidə pozuntuları nə vaxt aradan qaldırmağa hazır olacağını bilmirəm.

Белорусский сектор зоны отчуждения Чернобыльской АЭС - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ukraynadan gətirilən məhsullarda radioaktiv çirklənmə var? - AQTA-dan açıqlama

- Kiyevin “DXR” və “LXR”-in ləğv olunmasından sonra Minsk razılaşmalarına əməl etməyin mümkünlüyü barədə bəyanatını necə izah etmək olar?

- Bu bəyanatı təhlil edərkən sağlam nəsə tapmaq çətindir. "DXR" və "LXR"-in ləğv edilməsini Ukrayna həll etmir. Bu çox sayda insanın, Donbas sakinlərinin iradəsi idi. Onlar öz evlərindədirlər və öz talelərini özləri həll edirlər.

- Bu bəyanat özünü respublika elan etmiş subyektin Minskdəki nümayəndələrinin mövqeyinə təsir etdi?

- Biz bir daha əmin olduq ki, səbr etməliyik. Ukrayna bizim arqumentimizə qarşı aydın və adekvat heç bir şey qoymaq iqtidarında deyil. Biz Minsk razılaşmalarını yerinə yetirməyə hazırıq, amma birtərəfli qaydada deyil. İndi bunu Ukraynadan gözləyirik. Hələlik gözləyirik.

Müsahibənin tam versiyasını RİA Novosti-nin saytından oxuyun.

Xəbər lenti
0