Ukraynalı rəsminin bu sözləri ciddi reaksiya doğuracaq

© Sputnik / Strinqer / Mediabanka keçidUkrayna bayrağı, arxiv şəkli
Ukrayna bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"MDB – uğursuzlar klubudur. Biz isə uğurlular klubuna daxil olmağa cəhd etməliyik. MDB isə sivil qaydada ayrıla bilməyən insanlar klubudur"

BAKI, 27 sentyabr — Sputnik. Ukraynanın baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Dmitri Kuleba Müstəqil Dövlətlər Birliyini (MDB) heç nəyə qadir olmayan uğursuzlar klubu adlandırıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Siyasətçi vurğulayıb ki, MDB-ni Ukraynanın Avropaya İnteqrasiyası üçün təhdid hesab etmir.

"MDB – uğursuzlar klubudur. Biz isə uğurlular klubuna daxil olmağa cəhd etməliyik. MDB isə sivil qaydada ayrıla bilməyən insanlar klubudur", - deyə Kuleba vurğulayıb.

O əlavə edib ki, MDB – "bağlanmış tarixdir". O, eyni zamanda qeyd edib ki, bu, ölkənin yox, onun şəxsi mövqeyidir.

Xəbər lenti
0