Bəlkə də tək deyilik – Yeni qalaktika aşkarlanıb

© Photo : ESA/Hubble & NASAСпиральная галактика NGC 4858
Спиральная галактика NGC 4858 - Sputnik Azərbaycan
Abunə olmaq
Hesablamalar göstərir ki, işıq siqnalı Yerə 12,5 milyard ilə çata bilib. Qalaktika Böyük Partlayışdan dərhal sonra yaranıb

BAKI, 24 oktyabr — Sputnik. Arizona Universitetinin astronomları kainat tarixinin ən erkən mərhələsində meydana gələn qalaktikanı kəşf ediblər.

Корабль Союз МС-12 пристыкованный к МКС - Sputnik Azərbaycan
BƏƏ-nin ilk kosmonavtını kosmos dəyişdi: "Başım böyüyüb"

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, əvvəllər belə ulduz klasterlərinin mövcudluğu yalnız nəzəri olaraq güman edilirdi. Çünki onlar alimlərin kosmos barədə təsəvvürlərinə uyğun gəlmirmiş.

Hazırkı kəşf təsadüfən olub. Yeni həssas teleskoplar sanki boşluqdan gələn zəif hərəkət qeydə alıb. Elm adamları bir sıra araşdırmalar apararaq, qəribə qalaktikanın başqa dalğalarda görünmədiyinə əmin olublar. Bu isə həmin qalaktikanın bizdən çox uzaqda olduğu və toz buludlarında gizləndiyini sübut edib.

Hesablamalar göstərir ki, işıq siqnalı Yerə 12,5 milyard ilə çata bilib. Qalaktika Böyük Partlayışdan dərhal sonra yaranıb. Astronomlar qeyd edirlər ki, onu araşdırmaqla kainatın "körpəliyi" barədə təsəvvür əldə edə biləcəklər.

Xəbər lenti
0