BAKI, 30 sentyabr — Sputnik. Ötən həftə Beynəlxalq Kosmik Stansiyaya (BKS) gələn Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan ilk kosmonavt Hazza əl-Mənsuri deyib ki, burada olduğu 5 gün müddətində onun bədənində dəyişikliklər olub.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, o, Dubaydakı Muhamməd ibn Rəşid adına Kosmik Mərkəzdə toplaşan tələbələrlə videoəlaqə yaradıb.
"Bədənimdə çoxlu dəyişikliklər olub, maye çoxaldığından başımın ölçüsü böyüyüb. İybilmə qabiliyyətim də dəyişib. Ancaq artıq buna öyrəşməyə başlamışam", - əl-Mənsuri tələbələrə deyib.
O bildirib ki, BKS-in bütün bölmələrində olub və stansiya haqda videoçarx hazırlayıb.
"İlk dəfə stansiyadan ərəb dilində olan videonu sizə təqdim edəcəyimə şadam", - deyən kosmonavt bildirib ki, "stansiyadakı ən gözəl hiss - çəkisizlikdir".
Go ahead and watch it again. Here's the moment Emirati astronaut Hazza Al Mansouri was welcomed by fellow astronauts after arriving at the International Space Station | #UAEinSpace pic.twitter.com/PRCXYlckfB
— The National (@TheNationalUAE) September 27, 2019
Rusiyalı Oleq Skripoçka, amerikalı Cessika Meir və BƏƏ-nin ilk kosmonavtı Hazza əl-Mənsurinin olduğu heyət sentyabrın 25-də Baykonurdan kosmosa uçub. Orada Mənsuri səkkiz gün keçirəcək. O, oktyabrın 3-də rusiyalı Aleksey Ovçinnikov və amerikalı Nik Heyqlə birlikdə Yerə qayıtmalıdır.