Avro almaq istəyirdi, adam oğurlamaqda ittiham edib tutdular

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidПункт обмены валюты. Архивное фото
Пункт обмены валюты. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Valyutadəyişmə məntəqəsinin xanım əməkdaşı pulu qaytarmaqdan imtina edib. Bundan sonra turist məntəqənin qapısını bağlayıb və yarım saat ərzində əməkdaşı orada saxlayıb

BAKI, 24 oktyabr — Sputnik. Venesiyada İsraildən olan turist adam oğurluğunda günahlandırılıb. Bu barədə Sputnik Azərbaycan "The Guardian" nəşrinə istinadən xəbər verir.

Путешественники - Sputnik Azərbaycan
Oteldən çamadanla yemək çıxaran turist əməlinə peşman oldu

Məlumata əsasən, turist 100 dolları avroya dəyişmək üçün Rialto körpüsü yaxınlığında valyutadəyişmə məntəqəsinə gedib. O, əldə etdiyi məbləğdən narazı qalıb və sövdələşməni ləğv edib.

Valyutadəyişmə məntəqəsinin xanım əməkdaşı bunu eləməkdən imtina edib. Bundan sonra turist məntəqənin qapısını bağlayıb və yarım saat ərzində əməkdaşı orada saxlayıb.

Qadın polisə zəng edib və bildirib ki, "narahatdır və qorxur". İsraildən olan turist saxlanılıb, ona qarşı adam oğurluğu maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti
0