CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

APOEL-in oyunçularının sevincinə Azərbaycanda soğan doğradılar

© Facebook / QƏBƏLƏ FKМатч между юношескими (U19) футбольными командами АПОЭЛ (Кипр) и "Габала" (Азербайджан)
Матч между юношескими (U19) футбольными командами АПОЭЛ (Кипр) и Габала (Азербайджан) - Sputnik Azərbaycan
Abunə olmaq
"Qəbələ"nin digər oyunçuları dava eləməyə hazırlaşan tərəfləri asanlıqla ayırıblar, Rzayev isə oyunun bitməsinə rəğmən qırmızı kartla "mükafatlandırılıb"

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 24 oktyabr — Sputnik. "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının birinci raundunda Kiprin APOEL klubu ilə üz-üzə gəlib. Sputnik Azərbaycan bildirir ki, oktyabrın 24-də Qəbələdə baş tutan görüşdən sonra kiçik dava düşüb.

Nikosiyada keçirilən oyunda tərəflər 1:1 hesabı ilə sülh bağlayıblar. Qəbələdə isə sevinən tərəf Kipr komandası olub. Qonaqların bircə qolla qalib gəldiyi oyunu hakim fiti ilə bitirər-bitirməz kiprlilər çox aktiv şəkildə Avropa Kubokunun növbəti mərhələsinə adlamalarını qeyd etməyə başlayıblar. Bu isə yerli futbolçuları özündən çıxarıb.

© FACEBOOK / Avropa Liqaları"Qəbələ" - APOEL U19 komandalarının oyunundan sonra dava
APOEL-in oyunçularının sevincinə Azərbaycanda soğan doğradılar - Sputnik Azərbaycan
"Qəbələ" - APOEL U19 komandalarının oyunundan sonra dava

"Qəbələ"nin oyunçusu Veysəl Rzayev kiprli futbilçulardan birinin başına vurub. "Qəbələ"nin digər oyunçuları dava eləməyə hazırlaşan tərəfləri asanlıqla ayırıblar, Rzayev isə oyunun bitməsinə rəğmən qırmızı kartla "mükafatlandırılıb". 

Xatırladaq ki,  Kipr APOEL-inin əsas komandası bir neçə dəqiqə sonra Bakıda Ağdamın "Qarabağ" klubu ilə üzləşəcək. Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda, yerli vaxtla 20:55-də başlayacaq.

Xəbər lenti
0