Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

FİFA-dan gözlənilməz qərar - hazırlıq müddətini azaltdı

© Sputnik / Anton Denisov / Mediabanka keçidМяч в воротах в ходе футбольного матча, фото из архива
Мяч в воротах в ходе футбольного матча, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
4 Britaniya ölkəsi - İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uels İrlandiya ilə birlikdə Dünya çempionatını keçirmək üçün müzakirə aparırlar

BAKI, 24 oktyabr — Sputnik. 2030-cu ildə keçiriləcək Dünya çempionatına ev sahibliyi edəcək ölkənin hazırlıq üçün cəmi 6 il vaxtı olacaq.

Матч отборочного цикла чемпионата Европы по футболу 2020 года между Азербайджаном и Хорватией - Sputnik Azərbaycan
İDMAN
Görəcəyimiz sadəcə oyun olmayacaq - "Qarabağ" - APOEL qarşılaşmasına fərqli baxış

Sputnik Azərbaycan xəbər verir ki, FİFA-nın qərarına görə, ölkələr müraciət üçün 2022-ci ili gözləməli olacaqlar. 2 il sonra isə 2024-cü ildə səsvermə yolu ilə ev sahibi müəyyən olunacaq. 4 Britaniya ölkəsi - İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uels İrlandiya ilə birlikdə müraciət üçün müzakirə aparırlar.

Həmçinin Avropanın digər iki ölkəsi - İspaniya və Portuqaliya da eyni addımı atmaq niyyətindədir. Eləcə də Cənubi Amerika təmsilçiləri - Argentina, Uruqvay, Paraqvay və Çili də müraciət etməkdə maraqlıdırlar.

Qeyd edək ki, 2022-ci ildə keçiriləcək Dünya çempionatının ev sahibi Qətərə 12 il hazırlıq üçün vaxt verilmişdi.

Xəbər lenti
0