CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zərif Bakıda ABŞ-ın sanksiyalarından danışdı: "Xəyanət edib"

© Photo : AZƏRTACМинистр иностранных дел Ирана Мохаммад Джавад Зариф
Министр иностранных дел Ирана Мохаммад Джавад Зариф - Sputnik Azərbaycan
Abunə olmaq
"Qlobal fəlakətin qarşısını almaq üçün beynəlxalq birliyin ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur etməsi olduqca önəmlidir" - İran XİN rəhbəri

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr - Sputnik. İranın götürdüyü öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, ABŞ-ın nüvə sazişindən çıxması regiona və ondan kənarda təhlükəsizliyə ziyan vuran dağıdıcı faktordur.

Министр иностранных дел Азербайджана Эльмар Мамедъяров - Sputnik Azərbaycan
QARABAĞ
Məmmədyarov xarici işlər nazirlərinə Qarabağdan danışdı

Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin Hazırlıq Görüşündə çıxışı zamanı bildirib.

O vurğulayıb ki, ABŞ-ın yürütdüyü "iqtisadi müharibə - iqtisadi terrorizm" sadə iranlılara qarşı yönəlib: “Bu isə nəinki insanlığa, həmçinin dünya birliyinə və təhlükəsizliyinə ciddi təhdiddir”.

Zərif bildirib ki, Birləşmiş Ştatların Qoşulmama Hərəkatına üzv olan Kuba, Suriya, Venesuela, İran, hətta Çin və Rusiya kimi böyük dövlətlərə sanksiyalar tətbiq etməsi beynəlxalq iqtisadi münasibətlərə zərər vurur: “Milyonlarla insan və qlobal ticarət təhlükə altına düşür. Qlobal fəlakətin qarşısını almaq üçün beynəlxalq birliyin ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur etməsi olduqca önəmlidir. Bu gün ABŞ öz tərəfdaşlarına belə xəyanət etdiyini sübuta yetirib”.

Xəbər lenti
0