Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurbanov: “APOEL-lə matç psixoloji baxımdan asan olmayacaq”

© Sputnik / Murad OrujovФутбольный матч "Карабах"-"БАТЭ" (Беларусь) в рамках третьего квалификационного раунда Лиги чемпионов УЕФА
Футбольный матч Карабах-БАТЭ (Беларусь) в рамках третьего квалификационного раунда Лиги чемпионов УЕФА  - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdamın "Qarabağ" klubunun baş məşqçisi "süvarilər"in Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi növbəti görüşlə bağlı gözləntilərini paylaşıb

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. “Kipr APOEL-nə qarşı matç psixoloji nöqteyi-nəzərdən heç də sadə olmayacaq”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ağdamın "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov futbol üzrə Avropa Liqasının qrup mərhələsinin üçüncü təsnifat matçı ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Фанаты Карабаха, фото из архива - Sputnik Azərbaycan
İDMAN
"Qarabağ"ı Çempionlar Liqasına buraxmayanlar Bakıya gəlirlər

"Qarşıdakı matç hər iki komanda üçün psixoloji nöqteyi-nəzərdən asan olmayacaq. Bu klublar bir-birinə yaxşı tanışdır və bunun öz üstünlükləri ilə yanaşı çətinlikləri də var. Bununla belə, ötən dəfəkindən daha yaxşı oynamağa çalışacağıq", - deyə "Qarabağ"ın baş məşqçisi bildirib.

Xatırladaq ki, bu klublar cari Avropa Kuboku mövsümündə artıq görüşüblər. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ" ilk dəfə səfərdə kiprliləri 2: 1 hesabı ilə məğlub edib. Bakıdakı cavab matçında isə 0:2 hesabı ilə uduzub və Çempionlar Liqasının təsnifat mərhələsindən kənarlaşdırılıb. "Qarabağ"la cavab oyunundan əvvəl kiprlilər baş məşqçilərini dəyişiblər - italiyalı Paolo Tramedzaninin yerinə komandaya alman Tomas Doll rəhbərlik etməyə başlayıb.

"Avropa Liqasının təsnifat mərhələsində APOEL, Bakıda keçiriləcək cavab oyunu öncəsi baş məşqçini əvəzlədi, nəticədə kiprlilər özlərini sübut etmək üçün böyük bir istəklə oynadılar. Üstəlik, o zaman biz onların necə oynayacağını bilmədik. İndi məşqçinin onlardan nə istədiyini daha yaxşı başa düşürlər və biz çətinliklərə hazır olmalıyıq", - deyə Qurbanov əlavə edib.

Məşqçi həmçinin bildirib ki, ispaniyalı müdafiəçi Xayme Romero və forvard Mahir Emrelinin zədəsi tam bərpa olunub və onlar qarşıdakı APOEL-lə matçda oynayacaqlar.

Общий вид, как дрон пролетает над полем, прерывая матч между люксембургским Дюделанжем и азербайджанским Карабахом  - Sputnik Azərbaycan
SİYASƏT
"Qarabağ"ın oyununda təxribata görə səfirə tapşırıq verildi

Ağdam klubunun Avropa Liqasının pley-off mərhələsinə çıxmaq şansına gəlincə, Qurbanov hesab edir ki, "A" qrupundakı hər bir komanda qrupdan çıxmağa layiqdir.

"Hələlik şansları müzakirə etmək tezdir, lakin bizim qrupdakı hər bir klubun pley-offa düşmək şansı var. Misal üçün heç kəs gözləmirdi ki, birinci turda kiprlilər öz meydançalarında Lüksemburqun "F91 Düdelanj"ına uduzacaq", - "Qarabağ"ın baş məşqçisi deyib.

Ağdamın "Qarabağ" klubu ilə Kiprin APOEL komandası arasında görüş oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq.

Xəbər lenti
0