ABŞ-da qalmaqallı görüş: Terrorçunu yüksək səviyyədə qəbul etdilər

© © Tom Brenner/Getty Images/AFPВид на Капитолий США, фото из архива
Вид на Капитолий США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Senator Kris Van Ollen Türkiyə ordusunun Suriyada keçirdiyi antiterror əməliyyatlarını "qətliam" adlandırıb

BAKI, 22 oktyabr — Sputnik. Türkiyəyə qarşı sanksiya layihəsini hazırlayan amerikalı senatorlar Kris Van Ollen və Lindsey Qraham PKK/YPG-nin dəstəkçisi olan Suriya Demokratik Qüvvələrinin (SDQ) həmsədri İlham Əhməd ilə görüşüb. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, görüş Vaşinqtonda baş tutub.

Dünyanı titrədən terror aktı barədə qalmaqallı açıqlama: İnsanlar ölməyə bilərmiş>>

Kris Van Ollen İlham Əhmədi Suriya kürdlərinin ən yüksək rütbəli siyasi nümayəndəsi adlandırıb və belə deyib: "İlham Əhmədlə görüşdən sonra Suriyanın şimal-şərqindəki vəziyyətdən çox narahatıq. Konqres bu dəqiqə ABŞ hərbi qüvvələrinin Suriyada qalmasını davam etdirmək, hava dəstəyi vermək və Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək üçün toplanmalıdır".

​Senator Kris Van Ollen Türkiyə ordusunun Suriyada keçirdiyi antiterror əməliyyatlarını "qətliam" adlandırıb.

İlham Əhməd isə bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampa telefonla zəng etdiyini bildirib.

Senator Lindsey Qaraham da görüşdə iştirak edib: "Daha çox Türkiyəni günahlandırıram. Türkiyənin Suriyaya müdaxiləsi İŞİD-in məğlubiyyətini risk altında qoydu".

Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyədə terror: ölənlər və yaralılar var

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Oktyabrın 17-də ABŞ və Türkiyə Suriyada atəşin 120 saat müddətində dayandırılması barədə razılığa gəldiklərini açıqlayıblar. Razılaşmaya əsasən, Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.

Xəbər lenti
0