BAKI, 12 sentyabr — Sputnik. Türkiyənin cənub-şərqində terror aktı törədilib.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Kulp və Muş şəhərləri arasındakı yolda partlayış olub. Nəticədə 4 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Bu barədə məlumatı Diyarbəkir vilayətinin valisi verib.
"Mülki avtomobil yoldan keçərkən partlayış törədilib, dörd nəfər həlak olub, 13 nəfər xəstəxanaya aparılıb, onlara yardım göstərilir", - valilikdən bildirilir.
NTV telekanalının məlumatına görə, mikroavtobus partlayıb. Ehtimal edilir ki, yolda mina yerləşdirilibmiş.
Diyarbakır'da terör saldırısı: 4 sivil hayatını kaybetti 13 yaralı https://t.co/x9yjnAaLs3 pic.twitter.com/JFjWtU7yFh
— Sputnik Türkiye (@sputnik_TR) September 12, 2019
Diyarbəkirdə PKK terror təşkilatının üzvləri çox fəaldırlar.