CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur idmançıya qarşı təcavüz iddiası - qızın 20 yaşı var

© AP Photo / John LocherБой Хабиба Нурмагомедова против Конора Макгрегора за титул чемпиона UFC в легком весе
Бой Хабиба Нурмагомедова против Конора Макгрегора за титул чемпиона UFC в легком весе - Sputnik Azərbaycan
Abunə olmaq
Martın 26-da New York Times bildirmişdi ki, döyüşçü barəsində cinsi təcavüz iddiaları üzrə araşdırma aparılır. Konoru İrlandiya polisi sorğu-sual edərək azadlığa buraxmışdı

BAKI, 20 oktyabr — Sputnik. Qarışıq döyüş növlərində (MMA) çıxış edən idmançı Konor Makqreqorun adı cinsi təcavüzdə hallanır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə  Fox News məlumat yayıb.

Telekanal bildirir ki, təcavüz qurbanının 20 yaşı var. Hadisə Dublindəki barlardan birinin yaxınlığındakı dayanacaqda baş verib.

Бой Конора МакГрегора против Хабиба Нурмагомедова UFC в Лас-Вегасе, 2018 год - Sputnik Azərbaycan
İDMAN
Konor Həbiblə döyüşünü yada saldı: "Mənə cəza verməliydi"

Makqreqorun nümayəndələri məlumatı təkzib edərək, döyüşçünün özünün tez-tez şayiə qurbanı olduğunu bəyan ediblər. Hələlik idmançıya qarşı rəsmi ittiham irəli sürülməyib.

Martın 26-da New York Times bildirmişdi ki, döyüşçü barəsində cinsi təcavüz iddiaları üzrə araşdırma aparılır. Konoru İrlandiya polisi sorğu-sual edərək azadlığa buraxmışdı.

Makqreqorun qanun müdafiəçiləri ilə dəfələrlə problemi olub. 2018-ci ilin aprelində o, Universal Döyüş Çempionatının (UFC) iştirakçılarının olduğu avtobusa hücumla əlaqədar həbs olunaraq islah işlərinə və hirsi cilovlama üzrə kurs keçməyə məcbur edilmişdi. 2019-cu ildə isə Makqreqor şəklini çəkmək istəyən azarkeşinin telefonunu əlindən alaraq sındırmış və yenə polis tərəfindən saxlanmışdı.

Xəbər lenti
0