Canlı və gözəl saçlara sahib olmaq heç də çətin deyil – Məsləhət

CC0 / Malina_Bogdanovskaya / GirlДевушка, фото из архива
Девушка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Saçları qaynar su ilə yumaq tövsiyə edilmir. Saçların gözəl görünməsi üçün onları ilıq su ilə yumaq məsləhətdir

BAKI, 20 oktyabr — Sputnik. Hər bir qadının ən böyük arzusundan biri də canlı, cazibədar saçlara sahib olmaqdır.

Kosmetik məhsullar dükanının piştaxtaları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gözəl olun, lakin gözəllik xatirinə özünüzü məhv etməyin

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, gözəl saçlara sahib olmaq üçün ilk növbədə onları yuyarkən diqqətli olmaq lazımdır.

İlk olaraq duş öncəsi saçları daramaq tövsiyə olunur. Belə olan halda duş qəbul etdikdən sonra saçlar daha az dolaşmış olacaq və onları açmaq nisbətən rahat olacaq. Bundan başqa, saçları nəmli halda daramamaq daha yaxşıdır.

Saçları qaynar su ilə yumaq da tövsiyə edilmir. Saçların gözəl görünməsi üçün onları ilıq su ilə yumaq məsləhətdir.

Saçları kip yığmamaq məsləhətdir. Çünki belə olan halda saçlar daha tez-tez tökülür.

Xəbər lenti
0