CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözəl olun, lakin gözəllik xatirinə özünüzü məhv etməyin

© Sputnik / Murad OrujovKosmetik məhsullar dükanının piştaxtaları
Kosmetik məhsullar dükanının piştaxtaları - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər qeyd edirlər ki, bu araşdırma ölkədə istehlak məhsullarına dövlət nəzarətinin həyata keçirilməsinin bir daha təsdiqidir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr — Sputnik. Gürcüstanda satılan kosmetik məhsullarda təhlükəli maddə - formaldehid aşkar edilib. Sputnik Gürcüstan xəbər verir ki, Elmi İstehsalat Birliyi 40 kosmetika nümunəsinin tərkibini Fransanın laboratoriyalarından birində yoxlayıb. Bu vasitələr arasında üz üçün kremlər, losyonlar, şampunlar, duş üçün gel, dırnaq boyası və s. olub.

Tərkibi yoxlanılan məhsullar arasında "Garnier"dən qırışlara qarşı krem, "Olivia" firmasından dırnaq boyası, "Amalfy" firmasının kəpəyə qarşı şampunu, "CLARİROL" saç boyası, "MAT" şirkətindən dodaq boyası, "MaxFactor" firmasından tuş, "Sunsilk" saç kondinsioneri, "Clear" şampunu və "Prestige" saç boyaları olub.

 Tanklar filminin çəklişi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Braqin: Bakı dünyanın ən gözəl və qonaqpərvər şəhərlərindən biridir

Mütəxəssislər qeyd edirlər ki, bu araşdırma ölkədə istehlak məhsullarına dövlət nəzarətinin həyata keçirilməsinin bir daha təsdiqidir.

Bəs Azərbaycan kosmetika bazarında vəziyyət necədir?

Azərbaycan parfümeriya bazarının araşdırılması ilə bağlı Azad İstehlakçılar Birliyinin iki dəfə Gömrük Komitəsinə, Vergilər Nazirliyinə, Daxili İşlər Nazirliyinə müraciət etdiyini deyən birliyin sədri Eyyüb Hüseynov bildirib ki, ölkənin parfümeriya bazarında külli miqdarda saxta, qaçaqmal yolu ilə gətirilən kosmetika malları var.

"Qaçaqmal yolu ilə gətirilən, tərkibi yoxlanılmayan məhsullar təhlükəlidir. Kosmetika məhsullarının qaçaqmal yolu ilə gətirilərək satıldığı yerlər barədə bir neçə dəfə aidiyyəti qurumlara məlumat vermişəm. Sədərək Ticarət Mərkəzində bir neçə mağaza var ki, bu mağazalarda saxta və qaçaqmalçılıq yolu ilə gətirilmiş kosmetik vasitələr satılır. Bir neçə dövlət orqanına bu barədə müraciət etmişəm və təəsüflər olsun ki, Vergilər Nazirliyindən başqa heç bir qurum bu məsələni araşdırmır. Bu məhsullar müvafiq qurumların xeyir-duası ilə əmtəə bazarına keçirilir", - deyə Hüseynov əlavə edib.

Azərbaycanlı model Anastasiya Bern - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı model Livanda dünyanın turizm gözəli seçilib

E.Hüseynov bildirib ki, saxta kosmetik vasitələr dəriyə və sağlamlığa böyük zərər vurur.

Saxta malları qiymət fərqi ilə fərqləndirmək mümkündür: "Hətta vəziyyət o yerə çatıb ki, mağaza sahibləri özləri alıcılardan saxta və ya orijinal məhsul istədiyini soruşur. Bu məhsullar dəri ilə təməsada olduğu üçün dəri xərçənginə və mədə-bağırsaq problemlərinə yol aça bilər", - deyə birlik sədri əlavə edib.

Azərbaycanda kosmetik vasitələrin tərkibini yoxlayan mükəmməl labaratoriya olmadığını deyən E. Hüseynov əlavə edib ki, bu məhsulların tərkibi yoxlanılmadığı üçün böyük mağazalara da yol aça bilər: "Kosmetik vasitələr dəyişdirilməyən və qaytarılmayan məhsullar siyahısındadır. Biz istərdik ki, bu vasitələr həmin siyahıdan çıxarılsın".

Kosmetoloq Diana Əliyevanın sözlərinə görə, saxta kosmetikanı orijinal kosmetikdan ayırmaq o qədər də asan deyil: "Bizim düşüncəmizdə var ki, bu firma brenddir, bunun saxta, keyfiyyətsiz məhsulu ola bilməz. Ancaq reallıq budur ki, biz sadəcə firmaların adına aldanırıq. O ki qaldı saxta məhsulların verdiyi zərərə, təbii ki, tərkibində zərərli maddələr olan bütün kosmetik vasitələr dəri xəstəliklərinə, vaxtından əvvəl qocalmaya səbəb ola bilər. Saxta dırnaq boyaları dırnaqların sıradan çıxması ilə nəticələnə bilər. Tərkibi bəlli olmayan pomadalar ağır mədə-bağırsaq probleminə də yol aça bilər".

Bakıda Miss & Mister Planet Azerbaijan 2019 gözəllik yarışının finalı keçirilib - Sputnik Azərbaycan
FOTO
Planet miqyasında gözəllik: Bakıda "Miss Planet Azerbaijan"ı seçiblər

Kosmetoloq istehlakçılara kosmetik vasitələrdən az istifadə etməyi məsləhət görür: "Keyfiyyətini bilmədiyiniz məhsulu istifadə etmək bilərəkdən dəriyə zərər vermək deməkdir".

Xatırladaq ki, formaldehid üzvi bir birləşmədir, suda, spirtdə asanlıqla həll olunan rəngsiz qazdır.

Maddə selikli qişaya və dəriyə zərərlidir.

Qıcıqlanma, qaşınma, səpki yaradır. Bu maddə kanserogenlər siyahısına daxil edilib, buna görə də bu maddə ilə daim təmasda xərçəng ehtimalı kəskin artır.

Xəbər lenti
0