BAKI, 17 oktyabr — Sputnik. "Liverpul"un futbolçusu Məhəmməd Salah qızının ad gününü fərqli formada təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, o, "Moana" cizgi filmindəki Maui obrazında qızını sevindirib. Misirli hücumçu cizgi filmi qəhrəmanı obrazındakı fotolarını "Instagram" səhifəsində paylaşıb.
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, Məhəmməd Salah 2013-cü il 17 dekabrda Maqi adlı xanımla ailə həyatı qurub. Onların bu evlilikdən 2014-cü ildə qız övladı dünyaya gəlib. Salah müsəlman olduğu üçün qızının adını müqəddəs şəhərin şərəfinə Məkkə adlandırıb.
27 yaşlı forvard hal-hazırda "Lİverpul" futbol klubunun formasını geyinir.