Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türkiyənin durumundan öz xeyrimizə istifadə edək - Bundan qardaşlığa da ziyan gəlməz

© © Justin Sullivan/Getty Images/AFPSarımsaq, arxiv foto
Sarımsaq, arxiv foto - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: “Artıq bununla bağlı Türkiyə sahibkarları tərəfindən Azərbaycana müraciətlər olub. Çünki sarımsaq qıtlığının yaranması alternativ bazarlardan əlavə məhsulların cəlb edilməsi zərurətini yaradıb”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Türkiyə bu günlərdə siyasəti ilə hər kəsin diqqətini özünə cəlb edir. Bunun fonunda qonşu ölkədəki bəzi iqtisadi hadisələr nəzərdən qaçır. Belə ki, bu ölkədə "sarımsaq böhranı" yaşanır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədə sarımsağın qiyməti kəskin bahalaşıb. Türkiyənin Statistika Komitəsinin məlumatına görə, sentyabrda ən çox sarımsaq bahalaşıb (42,58%). Türkiyədə sarımsağın qiyməti 50 lirəyə (təqribi 17 manat) çatıb. Yağıntılar sarımsaq istehsalını azaldıb və nəticədə qiymətlər rekord səviyyələrə yüksəlib. Bu arada Türkiyə sarımsağın bahalaşmasının qarşısını almaq üçün idxal gömrük vergisini aşağı salıb. Quru sarımsağın 1 tonu üçün idxal gömrük vergisi 3 min dollardan 2 min dollara, digər sarımsaqlar üçün isə 4 min dollardan 3 min dollara endirilib.

Goranboy rayonunun Qaradağlı kəndində əkin sahəsi  - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Son iki gündə havaların kəskin dəyişməsi kənd təsərrüfatı üçün ciddi risk yaradır"

Bəs, Türkiyədə sarımsağın qiymətinin qalxması Azərbaycanda sarımsağın qiymətinə təsir edə, Türkiyə ölkəmizdən sarımsaq idxal edə bilərmi?

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, bir neçə il əvvəl bizdə də sarımsaq kəskin bahalaşdı və nəticədə sarımsağın əkini kütləviləşdi: “Böyük maraq olduğu üçün insanlar həyətyanı sahələrdə, örüş yerlərində, pay torpaqlarında sarımsaq əkirdilər. Bunun nəticəsi bazarda göründü və hətta 30-40 qəpiyə sarımsağı sata bilmədilər. Hazırda bu, bizim kənd təsərrüfatı istehsalında ciddi problemdir və təkcə sarımsaqda deyil. Məsələn, payız mövsümündəyik alma ilə bağlı da eyni mənzərəni müşahidə edirik. Bazar araşdırması olmadan vaxtilə o qədər alma bağları salınıb ki, hazırda əmtəə problemi var və s. Bu gün almanın 3-5 kiloqramı 1 manata satılır. Bunlar artıq emal yönümlü almalardır. Bir sıra məhsullar üzrə istehsalın planlaşdırılması məsələsində problemimiz var”.

Yarmarka - Sputnik Azərbaycan
Kənd Təsərrüfatı Nazirliyindən fermerlərə böyük jest

O bildirib ki, hökmən istehsal planlaşdırılmalı, daxili bazarın tələbatı, xarici bazarda trendlər nəzərə alınmalıdır: “Yaxın və uzaq ölkələrin bazar araşdırmasını aparmalıyıq. 2020-ci ildən yeni subsidiya qaydaları işə düşəcək. Burada mühüm alətlərdən biri budur ki, hər hansı bir məhsulda kəskin artım olsa, dövlət digər alternativ məhsullar ilə onu balanslaşdıra biləcək. Məsələn, sarımsağa kütləvi maraq yaransa, dövlət alternativ olaraq soğan əkininə subsidiya verəcək ki, insanlar daha çox soğan əkininə meyl etsinlər. Bu, ciddi bazar araşdırması tələb edən taktikadır”.

Ekspert qeyd edib ki, bizdə sarımsaq gündəlik istehlakda o qədər də mühüm yer tutmur: “Sarımsaq kütləvi istehlak olunan məhsul deyil. Problem bazarda satılacaq sarımsağı tapmaqdır. Xüsusən kiçik təsərrüfatlarda ixtisaslaşmış anbar sistemi yoxdur, məhsulu evin zirzəmisində saxlayırlar və s. Məhsul uyğunlaşdırılmamış yerlərdə saxlanıldığına görə təbii norma itkilərinə məruz qalır, görünüşündə problemlər yaranır. Çox az həcmdə sarımsaq tapa bilərik ki, Türkiyə bazarında sata bilək. Bu gün sarımsağımızı Türkiyə bazarına aparsaq, qablaşdırma ilə bağlı problem olacaq. Ən ciddi problemimiz qablaşdırmadır. Qablaşdırma həmin bazarlarda tələblərdən biridir. Bizdə sarımsaq, soğan və digər tərəvəzlər üçün ixtisaslaşmış, qablaşdırılmış sistem yoxdur”.

Зерна пшеницы, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda kənd təsərrüfatı sahəsində bir ilk həyata keçiriləcək

“İnanmıram ki, Türkiyədə sarımsağın qiymətinin qalxması bizdə sarımsağın qiymətinə təsir etsin. Çünki bizdə sarımsaq çox ciddi istehlaka məruz qalan məhsul deyil. Bundan əlavə, son 3 ildə Azərbaycanda sarımsaq istehsalı kütləvi şəkildə artıb. Türkiyədə sarımsağın qiymətinin qalxması bizdə sarımsağın qiymətinə ciddi təsir etməyəcək” - deyə o bildirib.

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, bizdə olan məlumata görə, artıq bununla bağlı Türkiyə sahibkarları tərəfindən Azərbaycana müraciətlər olub: “Çünki sarımsaq qıtlığının yaranması alternativ bazarlardan əlavə məhsulların cəlb edilməsi zərurətini yaradıb. Bizim sahibkarlara da bununla bağlı müəyyən çağırışlar var. Azərbaycanda istehsal olunan məhsulların Türkiyə bazarlarına çıxışı üçün şərait yaradılsa, bu, daxili bazarda məhsul qıtlığına və qiymətin bahalaşmasına gətirib çıxarda bilər. Amma hələlik ciddi ixrac faktı qeydə alınmayıb”. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son aylarda Azərbaycanda sarımsağın qiymətində ucuzlaşma müşahidə edilib. 

Xəbər lenti
0