Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Son iki gündə havaların kəskin dəyişməsi kənd təsərrüfatı üçün ciddi risk yaradır"

© Sputnik / Ilham MustafayevGoranboy rayonunun Qaradağlı kəndində əkin sahəsi
Goranboy rayonunun Qaradağlı kəndində əkin sahəsi  - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Meyvəçilikdə mövsümün bu çağında yağıntıların düşməsi nəticəsində havada nəmlik normasının artması xüsusən alma ağacları üçün təhlükəli xəstəlik olan "dəmgil"in aktivləşməsinə səbəb olur"

BAKI, 2 iyul — Sputnik. "Son iki gündə havaların kəskin dəyişməsi kənd təsərrüfatının müxtəlif sahələri üçün ciddi risk faktorları yaradır. Buna daha çox "bitkilər üçün stres amilləri" deyə bilərik".

Bunu kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli "Facebook" səhifəsində yazıb.

Пшеничное поле, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İndiyədək Azərbaycanda 1 milyon 210 min tondan çox taxıl yığılıb

Ekspert bildirib ki, meyvəçilikdə mövsümün bu çağında yağıntıların düşməsi nəticəsində havada nəmlik normasının artması xüsusən alma ağacları üçün təhlükəli xəstəlik olan "dəmgil"in aktivləşməsinə səbəb olur: "Bağban dəmgilə qarşı yalnız kimyəvi mübarizə tədbiri aparmalıdır ki, bu da qulluq işlərinin artması və məhsula çəkilən xərclərin yüksəlməsi ilə müşahidə olunur. Mövsümün ən sevilən giləmeyvəsi olan gilasa mənfi təsir göstərir. Ağacın üzərində qalan, yığılmamış gilasa yağış dəyərsə çatlama əmələ gəlir və məhsulun əmtəə görünüşü itir. Üstəgəl, mövsümün əsas zərərvericiləri olan "şərq meyvəyeyəni", "şərq alma yeyəni" və Kaliforniya yastacasının aktiv fazasıdır ki, onlara qarşı da ayrıca mübarizə aparılmalıdır".

Onun sözlərinə görə, üzümçülükdə temperaturun qəflətən yüksəlməsi üzüm tinglərində su balansını pozur, qarsılma halları yaradır, gilələrdə günəş yanıqlarının və büzüşmələrin əmələ gəlməsinə səbəb olur: "Havanın rütubətli olması və gecə müşahidə edilən soyuqlar bir sıra göbələk xəstəliklərinin aktiv (mildiu, oidium, ölü kol və s.) inkişafına səbəb olur. Digər tərəfdən hava şəraitində, xüsusən də gündəlik tempuraturda müşahidə edilən kəskin tərəddüdlər (amplitud) üzümdə metobolizm, fotosintez kimi fizioloji proseslərin pozulmasına səbəb olur ki, sonda bu da məhsulun keyfiyyətinə mənfi təsir edir".

Муха, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda qəribə milçək yayılıb - FOTO

"Əkinçilikdə biçində ciddi fasilələr yaradır, tam yetişərək biçilmə mərhələsinə çatmış taxıl sahələrində yatma, dən tökülməsi kimi fiziki itkilərə gətirib çıxarır, üstəgəl biçilmiş məhsul xırmanda düzgün yerləşdirilməyibsə, nəm havaların təsiri ilə çürüməyə səbəb ola bilər. Mövsümi becərmə işləri gedən qarğıdalı, şəkər çuğunduru sahələrində güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti bar orqanlarının zədələnməsinə, tam qırılmasına gətirib çıxarır ki, bu da sahədən əldə olunan məhsuldarlığı aşağı salır", - deyə o qeyd edib.

N.Nəsirli qeyd edib ki, yemçilikdə biçin prosesində fasilələrə səbəb olur, biçilərək sahədə quruma mərhələsində olan otun keyfiyyətinə pis təsir göstərir, ot qaralır və təsərrüfat əhəmiyyəti itir. Tərəvəzçilikdə açıq sahədə salınmış bitkilərdə çiçəklərin tökülməsi, əzilmə, aşma kimi hallar yaradaraq məhsulun bəri başdan əmtəəlik qabiliyyətini aşağı salır.

"Heyvandarlıq yeganə sahədir ki, belə havalar iri və xırda buynuzlu heyvanlarda, eyni zamanda quşçuluqda ideal havalar sayılır. Heyvanlarda bədən temperaturunun aşağı düşməsi nəticəsində yemin həzmə gediciliyi artır, heyvan daha iştahla yeyir və özünü bir növ komfortlu hiss edir", - ekspert əlavə edib.

Xəbər lenti
0