Rumıniya-Norveç matçı arenadakı uşaqların sayına görə UEFA rekordunu qırıb

© REUTERS / INQUAM PHOTOSЮный болельщик сборной Румынии
Юный болельщик сборной Румынии - Sputnik Azərbaycan
Abunə olmaq
Rumıniya KİV-nin məlumatına görə, Buxarestdəki stadionun tribunalarında 27 minə yaxın 14 yaşa qədər uşaq olub.

Rumıniya və Norveç milli komandaları arasında 2020-ci il Avropa çempionatının seçmə turnirinin oyununda Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) himayəsi altında keçirilən matçlarda iştirak edən uşaqların sayına görə rekord qırılıb. Məlumatı Rumıniya Futbol Federasiyasının (FRF) rəsmi saytı yayıb.

“F” qrupunun görüşü çərşənbə axşamı Buxarestdəki Milli Stadionda baş tutub və 1:1 hesabı ilə başa çatıb. Oyuna baxmağa əksəriyyəti 14 yaşdan kiçik uşaqlar olan 29 854 nəfər gəlib. “Mediafax” agentliyi  uşaqların sayının təxminən 27 min olduğunu iddia edir.

Avro-2020-nin kuboku - Sputnik Azərbaycan
Sputnik Azərbaycan UEFA AVRO-2020/Bakının milli informasiya operatoru oldu

Sentyabrda UEFA İspaniya və Malta komandaları ilə oyunlarda azarkeşlərin davranışlarına görə Rumıniya millisinin norveçlilərə qarşı matçı boş tribunalarda keçirməli olduğu barədə hökm çıxarıb.

“Marca” qeyd edir ki, UEFA-nın yeni qaydalarına əsasən, arena bağlanarkən böyüklərin müşayiəti ilə 14 yaşdan yuxarı olmayan tamaşaçıların stadiona buraxılmasına icazə verilir. Qəzet bildirir ki, bundan əvvəl Serbiyanın “Partizan” və Niderlandın “AZ Alkmaar” klubları arasında sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsində baş tutmuş oyunda 20 minə yaxın uşaq tamaşaçı qismində iştirak edib.

Xəbər lenti
0