Rusiyalılar stressdən əziyyət çəkir

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidMoskva, arxiv şəkli
Moskva, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalılar stressə əsas səbəb kimi sağlamlığın təhlükədə olması (79), problemlər və ailəni misal göstəriblər

BAKI, 15 oktyabr — Sputnik. Rusiya əhalisinin 95 faizi stress yaşayır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu mövzuda "Romir" araşdırma holdinqi sorğu keçirib. Sorğuda iştirak edənlərin 34 faizi daim stressdə olduğunu dilə gətirib.

Daimi stressdən 26-45 yaşlılar daha çox şikayət edib. Daimi stressdən bu yaşda olan şəxslərin 40 faizi narahatlıq yaşadığını bildirib. Sorğuda iştirak edən təqaüd yaşında olan şəxslərin 18 faizi stressdən əziyyət çəkdiyini dilə gətirib.

Hamilə qadın, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Hamiləlikdə stress yaşayan qadının övladı şizofrenik ola bilər

İştirakçıların böyük əksəriyyəti (48 faizi) stressi narahatlıq və həyəcanla keçirdiyini deyib. 47 faizdə stress yorğunluqla, 41 faizdə isə yuxusuluqla müşahidə edilir.

Sakitləşmək üçün qadınların 54 faizi öz narahatlıqlarını yaxınları ilə bölüşür, kişilərin 40 faizi isə sakitləşdirici dərmanlardan istifadə edir.

Kişilərin 44 faizi öz problemlərini yaxınlarına danışmağa hazırdır, 27 faizi isə stresslə mübarizədə idmanla məşğul olmağı önəmli hesab edir. 25 faiz kişilər isə elə hesab edir ki, alkoqollu içkilərlə stressə qarşı mübarizə aparmaq olar.

Ruslar stressə əsas səbəb kimi sağlamlığın təhlükədə olması (79), problemlər və ailəni misal göstərib.

Sorğu 7 min nəfər arasında keçirilib.

Xəbər lenti
0