CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirliyin qərarı şok sayda uşağı sinifdə qoydu

© Sputnik / Timur BatyirshinMəktəbli, arxiv şəkli
Məktəbli, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Hansı dövrdə yaşayırıq ki, oxuyub-yaza bilməyən şagird sinifdə saxlanılsın? Axı məktəbin əlində müxtəlif imkanlar var ki, həmin uşağa vaxtında təhsil öyrətsin"

BAKI, 15 oktyabr — Sputnik. Ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

Smartfon - Sputnik Azərbaycan
ELM
Hamı "e" istəyir, nazirlik gözlədir, vaxt gedir, məktəbli böyüyür

Nazir müavini qeyd edib ki, onları maraqlandıran məsələlərdən biri də təhsildən yayınan şagirdlərdir: "Elmin, tərəqqinin inkişaf etdiyi dövrdə dövlətin qayğısı ilə əhatə olunan uşağın təhsildən yayınma səbəblərinə heç vaxt bəraət qazandırmaq olmaz. Daha böyük məsələ şagirdin sinifdə saxlanmasıdır. Hansı dövrdə yaşayırıq ki, oxuyub-yaza bilməyən şagird sinifdə saxlanılsın? Axı məktəbin əlində müxtəlif imkanlar var ki, həmin uşağa vaxtında təhsil öyrətsin. Ötən dərs ilində daxil olan şikayətlər təhlil olunarkən məlum oldu ki, bu məsələnin arxasında bir çox subyektiv yanaşmalar durur. Şagird əsas fənlərdən qiymət alır, amma musiqi və digər yaradıcı fənlərdən 2 alır. Ümumiyyətlə, təlim tədris prosesinə mane olan, çətin tərbiyə edilən uşaqlar var. Lakin oxumayan şagirdi bir il də geri saldıqda nə olur?"

M.Vəliyeva qeyd edib ki, Təhsil Nazirliyinin uzun müddət müzakirə etdiyi məsələ şagirdlərin yerdəyişməsi, bir sinifdən başqa sinfə, yaxud məktəbə keçməsi ilə bağlı qərar idi: "Bu qərarda ziddiyyətli fikir sinifdə saxlamaq bəndinin qalıb-qalmaması idi.

Son nəticə olaraq qənaətə gəlindi ki, bu bənd qərarda qalsın. Çünki ola bilər, elə hal olsun ki, məktəb rəhbərliyi məcbur olub şagirdi sinifdə saxlasın. Məktəb rəhbərliyi çox yaxşı bilir ki, həmin şagird ikinci ilə qalanda 99% halda məktəbə gəlmir, ya da ümumiyyətlə təhsilə marağı olmur. Əgər həmin uşaqlar üçün ayrı proqram hazırlanıb onu müsbətə doğru dəyişəcəksə, bu, onda başqa məsələ olar.

Təhsil standartları onsuz da ən minimum həddi müəyyənləşdirib və normal təfəkkürə malik hər bir uşaq bunu mənimsəyə bilər. Buna görə də bu məsələni nəzarətə götürmək lazımdır".

Xəbər lenti
0