CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hamı "e" istəyir, nazirlik gözlədir, vaxt gedir, məktəbli böyüyür

Abunə olmaq
Hələ ki respublika üzrə 45 məktəbdə elektron şəbəkə qurulduğundan, yalnız həmin məktəblərdə elektron jurnalları izləmək mümkündür

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. Dünyanın bir sıra ölkələrində ümumtəhsil məktəblərinin elektronlaşması prosesi çoxdan başa çatıb. Valideynlər vahid elektron portal vasitəsilə övladlarının məktəbə qəbulu üçün müraciət edir, eyni sistem üzərindən onların davamiyyətini izləyir, gündəlik aldığı qiymətlərlə, eləcə də imtahan nəticələri ilə tanış ola bilirlər.

Məktəbəhazırlıq qrupu, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Həyata göz açmamış, başlarına oyun açırıq: Evdə biz, məktəbdə onlar

Azərbaycanda son illər məktəblərin elektronlaşması istiqamətində xeyli iş görülsə də, hələ ki valideynlər elektron formada jurnala nəzarət edə, şagirdlərin dərsə davamiyyətini izləyə bilmirlər. Ölkəmizdə yalnız "Mobile Solutions & Marketing Technologies" şirkəti tərəfindən şagirdlərin davamiyyəti barədə SMS-bildiriş xidməti bərpa olunub. Şirkətdən bildirilib ki, məktəblərin elektron jurnalları tədricən sistemə inteqrasiya olunur və abunəçi valideynlərə göstərilən "e-gündəlik" xidməti aktiv edilir. "Müraciət edən valideynlərin məlumatları qeyd edilir və məktəblərin jurnalları hazır olan kimi, qeyd olunan mobil nömrələr "e-gündəlik" xidmətinə qoşulacaq", - deyə şirkətdən bildirilib. Qeyd edək ki, bu xidmət "Elektron məktəb" layihəsində iştirak edən 40-dan çox məktəbdə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, Quba, Ağdaş, İsmayıllı, Tovuz və Ağstafada) tətbiq olunub. Xidmətin aylıq abunə haqqı 4,72 manat təşkil edir.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda valideynlər övladının dərsə davamiyyətini pullu xidmət qarşılığında öyrənsələr də, bir çox ölkələrdə valideynlərə bu xidmət elektron formada pulsuz göstərilir: "Qonşu Türkiyədə təhsil sistemi, demək olar ki, tam elektronlaşdırılıb.

Bu ölkədə məktəblərdə elektron jurnallar sistemə inteqrasiya olunub. Şagirdlərin davamiyyətinə, onların gündəlik aldığı qiymətlərə, imtahan nəticələrinə valideyn elektron formada nəzarət edə bilir. Təhsilin elektronlaşdırılması nəticəsində məktəblərdə şəffaflıq təmin olunub. Azərbaycanda isə məktəblərin çoxu kompüterlə təmin olunmadığından, internetə çıxışları olmadığından, elektron jurnalın tətbiqi gecikir.

Halbuki, bu, məktəblərdə davamiyyətə nəzarət etmək, müəllimlərin və məktəb direktorlarının qanunsuzluğunun qarşısını almaq üçün çox səmərəli olardı".

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, bu istiqamətdə iş aparılır. Artıq təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədilə ölkə üzrə 2124 ümumi təhsil müəssisəsinə 20,000 ədəd noutbuk paylanılıb. Paylanılan avadanlıqların 30%-i Bakı şəhərinə, 70%-i isə rayonlara verilib: "Cari ildə Təhsil Nazirliyi Azərbaycanın ən böyük daxili təhsil şəbəkələrindən olan Azərbaycan Təhsil Şəbəkəsini (ATŞ) genişləndirib. Belə ki, hazırda ölkə üzrə 3162 təhsil müəssisəsi ATŞ-yə qoşulub.

ATŞ-yə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 93%-nə və pedaqoji heyətin 75%-nə faizinə bərabərdir. Bu faiz göstəricilərinin 100%-ə çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, ATŞ-yə qoşulmuş təhsil müəssisələri intensiv trafik tələb edən proqramlardan, videokonfranslardan və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində yerləşdirilmiş elektron tədris resurslarından istifadə etmək imkanına malikdir".

Школьники с планшетами, фото из архива - Sputnik Azərbaycan
İnternetin qiyməti bahalaşa bilər

Nazirlikdən bildirdilər ki, Azərbaycan Təhsil Şəbəkəsi – ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ən iri təhsil intranet şəbəkəsidir. İcrasına 2008-ci ildə başlanılmış layihə hazırda ölkə üzrə 2900-dan artıq təhsil müəssisəsini əhatə edir.

"Mobile Solutions & Marketing Technologies" şirkətindən Sputnik Azərbaycan-a bildirdilər ki, respublika üzrə 45 məktəbdə elektron şəbəkə qurulduğundan, yalnız həmin məktəblərdə elektron jurnalları izləmək mümkündür. Digər məktəblərdə jurnallar elektron sistemə inteqrasiya edilmədiyindən, bu istiqamətdə aparılan iş yarımçıq qaldığından, hələ ki həmin şagirdlərin davamiyyətini elektron izləmək imkanı yoxdur.

Xəbər lenti
0