CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havanı çirkləndirən metaləritmə sexi cəzalanıb

© AP Photo / Channi AnandРабочие на кирпичном заводе на окраине Джамму в Индии, фото из архива
Рабочие на кирпичном заводе на окраине Джамму в Индии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gələcəkdə belə halların baş verməməsi üçün MMC-nin direktoruna icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib

BAKI, 15 oktyabr — Sputnik. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında fəaliyyət göstərən "Az Lead" MMC-yə məxsus metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət əsasında araşdırma və monitorinq keçirilib.

Buludlu hava, arxiv şəkli - Sputnik Azərbaycan
ÜST dəhşətli rəqəmləri açıqladı: Çirkli hava bizi milçək kimi qırır

Bu barədə Sputnik Azərbaycan-a 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib. O qeyd edib ki, nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazinin atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və etil-benzolun qatılığının normadan 1,6 dəfə artıq olduğu müəyyən edilib: "Faktla bağlı MMC-nin direktoru Elman Abdullayevin barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib".

Gələcəkdə belə halların baş verməməsi üçün MMC-nin direktoruna icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.

Xəbər lenti
0