ÜST dəhşətli rəqəmləri açıqladı: Çirkli hava bizi milçək kimi qırır

© AP Photo / Anupam NathBuludlu hava, arxiv şəkli
Buludlu hava, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hər il dünyada baş verən ölümlərin 3 milyonu daxili hava çirkliliyi, yəni otaqlarda, evlərdə, müxtəlif qapalı yerlərdə havanın təmiz olmaması, 4 milyonu isə küçələrdə, yollarda, müxtəlif açıq yerlərdə havanın çirkliliyi ilə əlaqədardır

BAKI, 15 oktyabr — Sputnik. Dünya əhalisinin 91 faizi havanın keyfiyyətinin aşırı dərəcədə aşağı səviyyədə olduğu ölkələrdə yaşayır.

Havanın zəhərlənməsi, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Rusiyanın havası çirkli olan bölgəsi müəyyən edilib

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. ÜST-nin məlumatlarında qeyd olunur ki, çirkli hava ilə əlaqədar olaraq hər il 7 milyondan artıq şəxs dünyasını dəyişir. Açıqlanan hesabatda bildirilir ki, bu ölüm səbəblərinin 3 milyonu daxili hava çirkliliyi, yəni otaqlarda, evlərdə, müxtəlif qapalı yerlərdə havanın təmiz olmaması, 4 milyonu isə küçələrdə, yollarda, müxtəlif açıq yerlərdə havanın çirkliliyi ilə əlaqədardır.

ÜST isə bildirir ki, müxtəlif beyin xəstəlikləri ilə əlaqədar qeydə alınan ölüm hadisələrində çirkli hava 24, ürək və qan-damar sistemi xəstəliklərindən ölümlərdə isə 25 faiz paya sahibdir.

Bundan başqa, ÜST bildirir ki, havanın çirkliliyi yer kürəsinin bir milyarddan artıq əhalisinin həyatını da riskə atır. Xüsusi ilə də böyük şəhərlərdə yaşayan əhalinin 80 faizinin çirkli hava ilə zəhərləndiyini vurğulayan təşkilat havada kimyəvi maddələr, müxtəlif toksinlərin sayının çox olduğuna diqqət çəkir.

Elm adamları sübut edirlər ki, çirkli hava xüsusən də 2.5 mikrometr və ya bundan kiçik olan hissəciklərə daha çox mənfi təsir edir. Bu səbəbdən də onlar çirkli havanı P.M 2.5 adlandırıblar.

Bir çox hallarda çirkli havanın əsasən nəfəs borusu, ağız, burun nahiyələrinə, ağciyərə zərər verdiyi deyilsə də, alimlər bu siyahının belə yekunlaşmadığı ilə bağlı qənaətə gəliblər. Onlar belə hesab edirlər ki, çirkli hava ümumilikdə bütün orqanizmə, xüsusən də beyinə, sinir, ürək və qan-damar sisteminin fəaliyyətinə mənfi təsir edir, sümüklərdə zəifliyin, gözdə ağrıların yaranmasına, yuxusuzluğa, dərinin daha tez qocalmasına səbəb olur.

Sakit okeandakı Henderson adasındakı zibillik - Sputnik Azərbaycan
Dünyanın ən çirkli məkanı

Çirkli havanın beyni daha tez yaşlandırdığı da vurğulayan elm adamları apardıqları araşdırmalaırn nəticələrində belə qənaətə gəliblər ki, bu amil hətta ana bətnindəki dölün inkişafına da mənfi təsir edir.

Onlar bildirir ki, xüsusən də yol qıraqlarında evləri, ofisləri olan şəxslər digərləri ilə müqayisədə çirkli havanın təsirindən daha çox zərər görürlər. ÜST-ün hesabatında zəhərli havanın orqanizmə daxil olmasının qarşısını almaq üçün maska taxmaq, hüquqi müstəvidə isə dövlətlərin çirklənmə ilə bağlı konkret normativləri müəyyənləşdirmələrinin vacibliyi vurğulanır.

Xəbər lenti
0