CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şansınızı qaçırmayın – Güzəştli mənzillərin növbəti hissəsi gəlir

© AP Photo / Jerome DelayQapıda açar, arxiv şəkli
Qapıda açar, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Ümumilikdə 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək

BAKI, 14 oktyabr — Sputnik. Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

Входная дверь в одной из квартир жилого дома, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mənzil bazarında qiymət artımı var – Səbəb açıqlandı

Sputnik Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatına istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, satışa ümumilikdə 570 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Mənzillərin açarları, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mənzil almaq asanlaşacaq - Millət vəkilinin dediyi olarsa...

İstifadəçilərə satış vaxtından bir neçə saat əvvəl sahib olduqları gücləndirilmiş elektron imza (Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az)) vasitəsilə "Güzəştli mənzil" sisteminə daxil olmaları tövsiyə olunur. Bu onlara Elektron İmza və ya Asan İmzanın işlək vəziyyətdə olub-olmamasını, həmçinin onlayn imzalayıcı proqramının kompüterə yüklənməsini öncədən müəyyən etməyə imkan yaradacaq.

Bununla yanaşı, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən şəxs mütləq "Güzəştli mənzil" sistemində öz elektron kabinetinə daxil olaraq "İlkin razılıq qərarı" bölməsində agent bankdan aldığı razılıq qərarını imzaladığına bir daha əmin olmalıdır.

Mənzil seçimi prosesində iştirak edən istifadəçilər tərəfindən "Seçimlər" mərhələsində "CAPTCHA" (simvollardan ibarət avtomatlaşdırılmış kod) kodu mütləq daxil edilməlidir. Müvafiq xanada əks olunan "CAPTCHA" kodu yalnız ingilis hərfləri ilə (böyük və ya kiçik hərflərlərdən istifadə etməyiniz fərq etmir) olmalıdır.

Xəbər lenti
0